Hüzurum (7-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 5 583
Səs ver:
(səs: 0)
Hüzur bir məna verə bilmədiyi kəlmələri eşidincə baxışlarını ilk öncə ərinə, sonra salona girən qaynatası və qaynanasına çevirdi və ən sonunda da öz üzərinə çevirdi.

Nə geyinmişdi ki, əri bu sualı soruşurdu?

"Mən," dedi və biraz duraqsadıqdan sonra davam etdi. "Bəzənməmişəm axı!"

"Çox bilinir." deyə mənalı bir şəkildə danışıb, arvadını təəccüblü bir halda buraxdı Əli və arxasını dönərək qonaq otağına girdi.

Hüzur da ərinin arxasıyca addımlayıb yemək masasının yanına getdi. "İstəyirsiniz ilk olaraq yeməklərimizi yeyək" dedi gülümsəyərək.

"Yaxşı olardı qızım." deyən Asif bəy əllərini yavaşca qarnına vuraraq davam etdi. "Acımışam" Gülümsəyərək masaya addımladı və arxasından da Fəridə xanım qalxdı.

Masa kvadrat idi və yuxarı başa Asif bəy, onun sol çarpazına arvadı Fəridə xanım; aşağı başa Əli və onun da sol çarpazına -yeməkləri çəkəndən sonra- arvadı Hüzur oturdu.

Fəridə xanım yeməyini yeyərkən altdan altdan oğlu və gəlinini izləyirdi. Gəlininin sağ əlinin sarğılı olduğunu ilk anda görmüş amma səbəbini soruşmaq fürsəti tapmamışdı. Ağlına da dağınıq mətbəx gəlincə qaşlarının çatılmasını əngəlləyə bilmədi. Əlindəki çəngəli sərt bir şəkildə boşqabının kənarına qoydu. Otaqda böyük bir səs oyandı. Bütün baxışlar Fəridə xanıma döndü.

Asif bəy sual soruşarcasına yoldaşına baxdı amma qarşılıq ala bilmədi. Bu qadın yenə nə düşünürdü!

"Bir şey oldu mama?" deyə soruşdu Əli. Anasının gözlərinə cavab gözləyərək baxırdı. Onsuz da hüzursuz idi, gecəni necə tamamlayacaqlarını düşünürdü.

"Bunları mənə sən deyəcəksən Əli. Arvadının əlinə nə olub?"Hüzur anında gözlərini əndişə içində açaraq sevdiyi adama çevirdi. Qəlbi tez tez atmağa başladı. Gözəl keçən gecənin belə kiçik bir ayrıntıyla pis bitməsini istəmirdi. Sevdiyi adamın bugün daha artıq əsəbləşməyini istəmirdi. Artıq kiçik də olsa təbəssüm etməsini istəyirdi. Əli ona hər nə qədər nifrət eləsə də, heç olmasa ata və anasının yanında daha yumşaq davranmasını istəyirdi. Ərinin onunla evlənmədən əvvəl nə qədər gözəl güldüyünü xatırladı. O qəhvəyi gözlərinin gülüşünə yoldaşlıq edərcəsinə parıldaması...

Əvvəl idi.

İlk gördüyü anı xatırladı yenidən. Heç çıxmırdı ki ağlından! Dərslərinə girən Musa müəllim ilə zarafatlaşaraq danışması, qəhqəhəsinin səsi... Necə də gözəl idi... İlk görüşdə eşqə, hətta eşq deyə bir duyğunun varlığına belə inanmaz ikən o gün, o dəqiqə, o saniyə ürəyinin dəli kimi atmağını hiss etmişdi. Ona doyasıya baxmaq istəyir amma baxa bilmirdi.

Haram idi...

İndi...

İndi halalıydı, əriydi və doyasıya baxmaq azadlığına sahib idi. Bəlkə yuxusunda görsə inanmazdı amma gerçək idi. İlk görüşdə aşiq olduğu adam indi əri idi. Onun hislərindən bixəbər qəlbini qırsa da , canını yandırsa da sevdiyi adamdan vaz keçə bilmirdi. Ki... Vaz keçmək istəyən kim idi ki?!

Eşq hər çətinliyə sinə gərməkmiş məyər. Hüzur da bunun bilinci ilə qəlbi yarılırcasına qanasa da sevdiyi adama duyduğu eşqdən ötə olan sevgisindən vaz keçmirdi.

'Bir gün' deyirdi ümid bağlamaq istəyən tərəfi. Sonra 'zaman' deyirdi məntiqli tərəfi və ən sonunda 'eşq' deyirdi qəlbi...

"Hüzur!"

Hüzur adının sərt bir şəkildə səslənilməsi ilə tez özünə gəldi, boşalan boşqabları aldı və özünü cəld mətbəxə atdı. Yanaqları utancdan qızarmışdı belə. Kim bilir nə qədər zaman o halda dalmışdı ki, əri ona elə səslənmişdi. Sonra gülümsədi. Əndişəli üzü yumşaldı. Əri onsuz da hər zaman ona həmişə elə səs tonuyla səslənirdi ki!"Get arvadına kömək elə. Əli sarğılıdır." dedi Asif bəy oğluna baxaraq. Etiraz qəbul etmirdi. Arvadının ona məmnun bir şəkildə gülümsəmə ilə baxması qarşısında üz ifadəsini heç pozmadan baxmağa davam etdi.

Əli oflayaraq masadan qalxdı. Anasının sualına qarşılıq universitetdəki hadisəni -aytıntıya girmədən- danışmışdı. Arvadının dalğın halını görüncə də o hadisəni xatırladığını zənn edib sərt bir tonda adını səsləmişdi. Təbii, atasının və anasının da sərt baxışlarına məruz qalmışdı amma vecinə almamışdı.

Əli arvadının o günü xatırladığını düşündüyü üçün əslində dəyişik duyğular hiss edir amma buna bir ad verə bilmirdi. O bir ad verə bilmədiyi duyğular onu narahat edirdi və bundan heç də xoşhal deyildi. Stulundan qalxıb bir neçə böyük addımla mətbəxə girdi. Arvadının boşqablara fasonları qəribə olan şirnilərdən qoyduğunu gördü. Özü yumru eləmişdi, ya da elədiyini sanırdı, çünki bu şirnilərin yuvarlaq ilə əlaqəsi yox idi!

"Niyə onların fasonları elədir?"

Hüzur eşitdiyi səslə qorxuyla yerindən sıçradı. Dalmışdı. Soruşduğu sualı xatırlayınca da təbəssüm etməkdən geri durmadı.

"Deyəsən," dedi amma davamını gətirə bilmədi. Gülərək ərinə baxırdı.

Əli gülən arvadına qaşlarını çataraq baxdı və onun yanına gəldi. Hələ də əlində tutduğu sininin üzərində özü elədiyi, ya da eləməyə çalışdığı, şirniyə əyilərək baxdı. Arvadının bu davranışıyla geri çəkilməsini vecinə almadan biraz daha əyildi. Burnuna fərqli bir qoxu gəlirdi.

"Hmm." deyən Əli bu şəkilsiz - formasız- şirnini əlinə aldı. İlk olaraq qoxladı. Sonra da yarısından çoxunu dişlədi. Yavaşca çeynəməyə başladı. Dadını almağa çalışdı.

Və oldu...

Evləndikdən sonra ilk dəfə dodağı yuxarı doğru qıvrıldı. Hüzurun qəlbi təklədi. Düşüncəsi gerçəkləşdi və sevdiyi adam evləndikdən sonra ilk dəfə gülümsədi.

"Qəşəng..." deyə mırıldandı Əli."Qəşəng olub??" deyə soruşdu Hüzur çətinliklə. Səsini güclə tapmışdı doğrusu.

"Forması yaxşı deyil, amma dadı qəşəngdir."

Hüzur sinidəki şirnidən alacaqdı ki, dodaqlarının üzərində bir toxunuş hiss etdi. Cəld baxışlarını ərinə və ardıyca da ona uzatdığı dişlədiyi şirniyə baxdı. Gözləri açıldı. Təəccüblü idi. Ərinin baxışları ilə şirnini işarə etməsi üzərinə əlinə alacaqdı ki, sevdiyi adamın əlini geri çəkib yenidən dodaqlarına uzatması ilə yavaşca dodaqlarını araladı. Şirnini aldı və yavaşca çeynədi. Baxışları sevdiyi adamda idi.

"Necədir, qəşəng olub hə?"

"Hə." deyə mırıldandı Hüzur. Eyni anda başını da aşağı yuxarı salladı. Kəkələməməyi üçün zorlamışdı özünü. Uzun bir cümlə quracağını düşünə bilmirdi. İndi. Bu yaxınlarda.

"Şirnilər harada qaldı canım?"

Fəridə xanımın səsi ilə ikili bir birindən cəld uzaqlaşdı. Hüzur qızaran yanaqları ilə önünə döndü və boşqabları tamamladı. Nəfəsini hələ də tez tez alıb verirdi. Mətbəx masasına söykənən Əli qollarını sinəsində bağlayıb arvadını izlədi, üzündəki gülümsəmə ilə.

Hüzur boşqabları tamamladıqdan sonra iki dənəsini aldı. Sevdiyi adama baxmadan başı öndə salona getdi, arxasından da ərinin ayaq səslərini eşidirdi.

"Ohh, gətirin də qarnımız şellənsin." deyərək gülümsədi Asif bəy.

Hüzur boşqabları Fəridə anasının və Asif atasının önlərinə qoydu. Ardıyca Əli də əlindəki boşqablardan birini öz qabağına, digərini də arvadının önünə buraxdı.

Fəridə xanım önündəki boşqaba ardından da oğluna və gəlininə baxdı. Qəhqəhəsini daha artıq tuta bilmədi."Əli bunu sən eləmisən?" dedi qəhqəhələrinin arasından.

Əli anasının qəhqəhələri arasında soruşduğu sualı güclə ayırt etmişdi. Təbii, onunla belə ələ salaraq danışması isə əsəbləşdirmişdi.

Fəridə xanımın qəhqəhələrinə əri Asif bəy də qatıldı. Ardıyca gülümsəyərək Hüzur da qatıldı.

Əli üçünə də baxırdı. Nə vardı bunda bu qədər güləcək, Allah eşqinə!

"Dadı qəşəngdir!" dedi sərt bir şəkildə və cəld bir dənə şirnini ağzına atdı. Hirslə çeynəməyə başladı.

Əlinin sərt səsiylə qəhqəhə səsləri susdu. Hər kəs önünə dönüb boşqabındakı şirniləri yeməyə başladılar. Fəridə xanım hələ də altdan altdan gülərkən ona Hüzur da yoldaşlıq etdi. Səbəbsizcə bugün gülmək istəyirdi.

Əli arvadının hələ də gülməsi ilə öz boşqabından başını qaldırdı. Qaşlarını çatdı. Arvadının önündəki yarım qalmış şirnini aldı və gözlərinin içinə baxaraq ağzına atdı.

Bu davranışıyla Asif bəy öskürərkən Hüzur utancdan başını yerə əydi. Fəridə xanım da mənalı bir şəkildə güldü.

Yemək və şirnidən sonra divana oturdular. Söhbət mövzuları sabit deyildi. Hər şeydən danışmağa başladılar.

"Ay anam, soruşmaq yadımdan çıxıb. Nədir bu dərmanlamaq işi?"

Əli axşamdan bəri soruşmaq istədiyi sualı indi soruşurdu. Baxışları anasında idi."Siçanlar yuva qurublar oğlum. Bilirsən məni. Ona görə mən də çoxalmadan dərmanlayaq dedim."

"İşə bax," deyən Əli baxışlarını anasından çəkmədən davam etdi. "Bu qədər ildə ilk dəfədir belə şey olur." dedi.

Fəridə xanım anında qaşlarını çataraq oğluna baxdı. "Necə yəni? Sən mənə nə demək istəyirsən? Burada qalmağımızdan narahat oldun? Dur ay kişi dur." deyə ayağa qalxdı və sözlərinə davam etdi. "9ay qarnında daşı, bu yaşına qədər böyüt, bəslə, gəl gör ki, bir iki gün evində qalanda narahat olur." dedi və hələ də oturan ərinə başını çevirib davam etdi. "Dur da, ay kişi nə gözləyirsən? Oğlun bizi istəmir. Bəslə qarğanı, oysun gözünü, dedikləri budur da!"

Hüzur təəccüblə olanları izləyirdi. Baxışlarını ərinə çevirdi və ərinin bivec halda oturduğunu, sadəcə anasını izləyirdi. Cəld ayağa qalxdı.

"Ana, o nə sözdür?" dedi qadın qollarını tutdu.

"Gəl əyləş. Əlbəttə ki, istədiyiniz qədər qala bilərsiniz burada. O elə demək istəmədi. Yəni istəməmişdir. Gəl, üzmə məni, əyləş."

Ortalıq durulunca Hüzur çay hazırladı və sevdiyi adamla birlikdə servis etdilər. Bugün Əlidə bir dəyişiklik var idi, hiss edirdi, amma tam olaraq nə olduğunu qavraya bilməmişdi.

Yatmaq vaxtı gəlmişdi. Asif bəy ayaqlarını önə doğru uzatmış, əlləri qarnında birləşdirmiş bir şəkildə yatmışdı. Hüzur bu görüntünü görüncə atası gəldi ağlına. Atasını hər daim bu cür yuxu tutardı, sonrasında da "Mən gözlərimi dinləndirirəm." deyər və əsla yatdığını qəbul etməzdi. Gözləri nəmləndi. Darıxmışdı atası üçün. Həm də çox...

Yerindən qalxdı və əvvəl özü yatdığı otağa gedib pastelləri dəyişib hazırladı. "Ana, yeriniz hazırdır." deyə qapının yanından gülümsəyərək səsləndi.

Fəridə xanım gəlininə gülümsəyərək yerindən qalxdı və ərinə baxıb başını sağa sola sallayıb gülümsədi. Bu adam heç dəyişməyəcəkdi. Qolundan yüngülcə toxununca Asif bəy də bir şeylər mırıldanıb yenidən gözlərini qapatacaqdı ki, Əli səsləndi.

"Ata dur, yerin hazırdır."Asif bəy oğlunun səsini eşitməsi ilə öz evlərində olmadığını anladı və yerindən yavaşca doğrulub yerindən qalxdı. Gəlininə gülümsədi.
"Gecən xeyrə qızım." dedi və qalacağı otağa irəlilədi.

Fəridə xanım da gəlininə gülümsəyərək yanağını oxşadı. "Allah rahatlıq versin qızım." dedi və ərinin arxasıyca irəlilədi. Arxadan oğlunun xomurtulu səsini eşidərək qəhqəhə atdı.

"Mənim də gecəm xeyrə." demişdi Əli. Həm atasının, həm də anasının sadəcə Hüzura xeyirli gecələr deməklərinə əsəbləşmişdi. Bu qız hər kəsin Hüzuru ikən, onun hüzursuzluğu idi. Onsuz da bu zamana qədər ata və anasına görə mülayim davranmışdı o qıza. Yoxsa... Yoxsa davranmaqmı istəmişdi?

Bu olasılıqla cəld yerindən qalxıb otağına girdi. Üstündəki t-shirt'ü dəyişdirib yatağın içinə girdi. Burası öz yatağı idi. Gerisi onu maraqlandırmırdı.

Hüzur son dəfə ortalığa göz gəzdirdi və hər yerin düzgün olduğunu görüncə əllərini önündə birləşdirib ərinin otağının önünə gəldi. Qapı açıq idi. Yavaşca içəri girdi və qapını örtdü. Nəfəsi tezləşdi. Qəlbi dəlicəsinə ritmini pozmuşdu.

"Eləcə dikilib baxacaqsan?"

Sevdiyi adamın vecsiz səsiylə özünə gəldi. Nəfəsini düzənə soxub irəlilədi və dolabdan rahat geyimlərini aldı. Otaqdan çıxacaqdı ki, ərinin səsini təkrardan eşitdi.

"Hara?"

"Əynimi..." deyərək əlindəkiləri önə doğru uzatdı Hüzur. Sonrasında yataqda uzanmış ərinə söz haqqı tanımadan arxasını döndü və qapını açdı. Açmaz olaydı!

"Aa qızım, əlindəkilərlə hara belə?"

Hüzur yerində tərpənib Fəridə anaya baxırdı. Nə deyəcəkdi indi? Qıvranmağa başladı. Arxadan ərinin gülməsini eşitdi.

"Şeyy... Əslində... Mən..."

Bir neçə kəlmə mənasızca çıxdı dodaqlarının arasından. Başını əydi və əlinə baxdı. Sanki dünyanın ən harika əsəriymişcəsinə incələməyə başladı."Mama sənə demişdim də?" deyərək onların yanına gəldi Əli. Baxışlarını arvadına və ardıyca da anasına çevirdi.
"Bu evliliyin..." demişdi ki, tez özünə çevrilən gözlərə baxdı. Baxdı və baxdı... Heç çəkmədi baxışlarını.

Nə Hüzur çəkdi baxışlarını, nə də Əli.

"Bu evliliyin..." dedi təkrardan arvadının gözlərinin içinə baxaraq və durdu. Gerisini davam etmək üçün aralayır dodaqlarını amma heç bir səs çıxarmadan geri bağlayırdı.

"Gedin yatın!" deyən Fəridə xanım ikiliyə baxdı, təbəssüm edərək otağa yönəldi. Yaşıl işıq yanacaqdı bu evlilikdə. İnanırdı...

Hüzur sevdiyi adamın isti şokoladı anımsadan qəhvəyi gözlərinə baxıb araladı dodaqlarını və mırıltı şəklində danışdı.

"Çox sağ ol."

Əli heç bir şey demədən eləcə baxdı və sonrasında cəld arxasını dönüb yatağın içinə girdi.

"Yataqda mən yatıram." dedi sadəcə.

Hüzur heç bir şey demədi. Biraz əvvəl qaynanasının yanında onu alçaltmamışdı deyə çox xoşbəxt idi. O alçaldan sözləri eşitmək istəməmişdi.

Dolabdan iki ədyal və bir də yastıq aldı. Ədyalın birini yatağın yanında yerə sərdi. Baş ucuna yastığı qoydu.

"Gözlərini bağlaya bilərsən?" deyə mırıldandı.

Əli arvadına baxdı və arvadının nə demək istədiyini anlamağa çalışdı.

"Başa düşmədim?"

"Əynimi dəyişəcəm" dedi sadəcə, yerə qoyduğu geyimləri təkrardan əlinə alıb göstərdi.

Əli bir daha oflayaraq əlini üzünə bağladı. "Tez geyin" dedi əmr verərcəsinə.

Hüzur dolabın küncünə irəlilədi və ora sinərcəsinə geyinməyə başladı gözlərini ərindən çəkmədən. Geyinəndən sonra şarfını da başına bağladı. "Geyindim" deyib girdi yerdəki yatağına. Üstünə də o biri ədyalı örtdü.

Əli gözlərini açdı və baxışlarını yerə çevirdi. Burnuna qədər çəkdiyi ədyalın altından arvadına baxdı. Sonra da arxasını dönərək gözlərini yumdu.

Hüzur gözlərini yummadan öncə "gecən xeyrə" dedi, qarşılıq gözlədi amma heç bir şey eşitməyincə ərinə tərəf baxıb gözlərini yumdu. Yerində o yan bu yan dönərək yatmağa çalışdı. Yeri çox narahat idi...Əli yatmaq istəsə də yata bilmirdi. Yerində döndü amma yata bilmədi. Başını əydi və arvadına baxdı. Onun çatılmış qaşlarına baxdı. Gülümsədi. Sonradında üzünü incələdi. Gülümsəməsi soldu.

"Ay mən belə işin içinə..." deyib yerindən doğruldu və yataqdan qalxdı. Arvadının yanına düşüb onu yavaşca qucağına aldı. Hüzur tərpəndi və gözlərini araladı.

"Neynirsən?" dedi yuxulu halda.

"Səni yatağımıza uzandırıram." dedi Əli və gözlərini yuman arvadına gülümsədi. Yatağın sol tərəfinə Hüzuru uzandırdı, sağ tərəfə də özü keçdi. Başını yastığa qoydu. Bir əlini başının altına, digərini də üstünə qoydu və tavana baxdı.

Bu elədiyi nə qədər doğrudur bilmirdi amma səhər oyanınca arvadının verəcəyi reaksiyanı görmək istəyirdi. Dodaqlarına bugün artıqlamasıyla qonaq olan gülümsəmə ilə gözlərini yumdu və yuxunun qollarına özünü təslim etdi.

Bəlkə də bu ad verə bilmədiyi hislərinin ən böyük addımı idi. Kim bilər?
Bölüm sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri