Dayanın çalmayın sonuncu zəngi!..

Müəllif: Aylin...
Şərhlər: 9
Baxılıb: 3 414
Səs ver:
(səs: 2)
Dayanın çalmayın sonuncu zəngi!...
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman _GƏL_ deyə o doğma səsdə,
Bir hicran nəğməsi oxunacaqdır.
Zəngçalan nə olar əlini saxla!
Bu şagird önrümü uzat bir az da..
Bu məktəb,bu bina,bax!...Bu divarlar
Mənim olmayacaq zəng vurulanda..
Hələ bir-birindən ayrı düşəcək
Neçə könül dostum,yaxın sirdaşım
O sarıköynəkli,gülə üzlü qız
Daha olmayacaq sinif yoldaşım.
Qoyun bir dəfə də _MƏNİMDİR_ deyə
Sinif otağımı süzüm doyunca.
Tələsmə zəngçalan bunu üçün sənə
Minnətdar olaram ömrüm boyunca.
Çağırsın löhvəyə məni müəllimim
Bir misal versin ki, asan olmasın.
3 saat çalışıb həll edim onu..
Teki arzum budur zəng çalınmasın.
Ürəyim titrəyir yad elədikcə...
Məktəbə getdiyim o ilk çağımı
Arxası çantalı uşaqlığımı
De! burda necə qoyub gedim mən?
Durub cərgə ilə müəllimlərim
Baxırlar üzümə sözü var kimi
Bu doğma, mehriban, şən baxışlara
ƏLVİDA! deməyə dilim gələrmi?!..
Məzunlara gələcək həyatlarında uğurlar arzulayıram..
PS.bu ilki 11-ci siniflerin son günlerdir demek olar.onlara novbeti heyatlarında uğurlar arzulayiram.aramizda bu il mektebi qurtaran var? ??
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri