Mənim sınanmış reseptim (1)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 4 157
Səs ver:
(səs: 4)
Hamıya atəşli salamlar. :03: Bir neçə gün öncə başladığım layihəmin ilk bölümünün qonağı saytımızın balaca gözəli AYLİN-dir.Saytın evdar amma tənbəl qızları da gözlərinə su verəydilər bari :hh: :sac:
Gözəlim mənə öz sınanmış 2 reseptini göndərdi,inşallah oxuyub bu sınanmış reseptlərdən yaralanarsız əziz xanımlar. :11: ..nə sualınız oldu şərhdə bildirin Aylin cavablandıracaq. :08:
Birinci reseptimiz süfrələrimizin vazgeçilməzi şirniyyatdır. :127:
Mənim sınanmış reseptim (1)


ŞAKOLADLI YAŞ KEKS.



Tərkibi:
2 yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
Yarım stəkan ərinmiş kərə yağı
5 xorək qaşığı kakao
1 stəkan süd
1 paçka vanil
q paçka qabartma

Hazırlanması:
Südü kakao,şəkər, kərə yağın mikserlə çalın və sonra qarisigin yarisin başqa qaba boşaldın.Üzərinə yumurta vanil qabartmanı unu(ələnmiş) əlave et.Mikserle yaxşıca çırp daha sonra yağlanmiş soba qabına tökün əvvəlcədən 175°qızdırılmış sobaya qoyun təxmini 30 deq sonra hazırdı. Sobadan çıxardın və üzərinə ayrı qaba ayırdıgınız qarışımı onun üzərinə tökün soyumağa qoyun sonra süfrəyə verə bilərsiz

QEYD:bu reseptdi internetden tapmisdim ümid etmirdim dadli olacaq amma dadina baxanlarin hamisini valeh etdi.


2-ci resept isə qışa hazırlıq görən xanımlara maraqlı olacaq. :02:



HEYVA CEMİ



TƏRKİBİ:
1 kq heyva
,500 qr şəkər tozu,
6 st su,
4 ədəd alma.

HAZIRLANMASI:
Heyvalar yuyulur,qabığı soyulur və duzlu suya qoyulur ki qaralmasın.Alma da həmçinin.Sonra bunlar ət maşınından keçirilir.Şəkər tozu və su əlavə edilib 2 saat qaynadılır.Suyu çəkiləndə hazır olur.

NUŞ OLSUN!


(səs: 4)
Şərhlər: 8
Baxılıb: 4 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri