SUALLARA CAVAB: Lamiyə xanıma sualı olanlar

Müəllif: Son Bahar
Şərhlər: 21
Baxılıb: 5 049
Səs ver:
(səs: 1)
1. Salam. Evlisiniz? Neçə yaşınız var? Övladınız varmı?

- Salam evliyəm 24 yaşım var övladım yoxdur.

2. Ali təhsiliniz varmı?


- Xeyr orta təhsilliyəm.

3. Sizi nə vaxtsa görə bilərik həyatda və ya şəkildə?

- Ailəli olduğum üçün bu mümkün deyil. İşimi görün o bəs edər zənnimcə :08:

4. Sualım odur ki ən çox sevdiyiniz peşə hansıdır?

- Peşə deyəndə ali təhsil alma şansım olsa mühasibat uçot və audit ixtisasını seçərdim.Sevdiyim ixtisasdır.Qismət olmasa belə :komp:

5. Haralısınız?


- Cəlillabad.

6. Necə olduki bu saytda admin oldunuz?

- Adminin dəvətilə saytdayam.:08:

7. Saytdaki userlərin aktivliyi barədə nə düşünürsünüz?

- Sayta gəldiyim gündən bəri aha bu çox aktiv userdir sözünü hələki deməmişəm hər hansı bir user üçün.Nəyə görə? Aktiv user olmaq təkcə şəkilli xəbərlər sevgi statusları şeirlər və s. kimi bölmələrə aid xəbər hazırlamaq demək deyil zənnimcə.Aktiv user fikrimcə həm müxtəlif bölməli xəbərlə hazırlamalı (həmçinin tərcümə) həm müxtəlif layihələr və yarışmalar hazırlamalıdır və s.Hər birinizə uğurlar :30:

8. Saytı tam bəyənirsinizmi? Saytda daimi qalacaqsınızmı? Admin olmaq real həyatdakı işlərinizi axsatmırmı?

- Bəyənməsəm saytda olmazdım :06: 5 saniyə belə sonra nə olacağını bilmirik.Buna görə daimi qalacağıma söz verə bilmirəm. :23: Planlı şəkildə iş görməyi bacaran biri olduğumdan hələki virtual işim realdakı işlərimə mane olmur.

9. Harda yaşayırsınız?

- Bakıda.

10. Userlərə hansısa iradlarınız varmı?

- Çox səbrsiz olmaları :24:

11. Virtual həyat yoxsa real həyat daha maraqlıdır sizin üçün?

- Virtual həyatın marağı yoxdur mənə görə sadəcə iş məqsədilə istifadə etmək yaxud boş vaxtları doldurmaq üçündür.Real həyat həyatı xoşbəxt yaşaya bilənlər üçün daha idealdır. :11:

12. Sizcə nə vaxtsa Admin olmaqdan bezə bilərsiniz?

- Bezmək deməyək virtual həyatdan uzaqlaşmağım üçün səbəblər ola bilər bu təbii bir haldır. :08:

13. Bir etiraf edin heçkimə etmədiyiniz bir etiraf olsun.

- Etiraf edirəmki etiraf ediləsi nə varsa anında edirəm :23::23:

14. Hal- hazırda 10 il əvvəl görmək istədiyiniz yerdəsinizmi?

- Demək olar.

15. Lamiyə xanımın gözündə ideal user necə olmalıdır?

- 7-ci sualın cavabını oxuyarsınız bir zəhmət :11:

16. Saytda nə kimi yeniliklər etmək fikrindəsiniz?

- Yeniliklər haqda bir fikrim yox.Sadəcə bunu deyə bilərəmki statuslar vaxtında veriləcək xəbərlər gecikmədən yayımlanacaq ))

17. Saytdan kənar hansısa peşə ilə məşğul olursunuz?

- Xeyir.

18. Sizə verilən suallardan bezdiyiniz vaxt olur?

- Olur)

19. Bir gün görüşmək ehtimalımız varmı?

- Təəssüfki belə bir ehtimal yoxdur.

20. Profil şəklimizi əvvəlki kimi özümüz dəyişə bilərik?Edə bilərsiniz?

- Mənlik 1 durum deyil bu.Sistem belədir.

21. Yeni adminkamizi tanımasam da, nese özümə yaxın hiss edirəm ve admindi deye demirəm, qisa vaxt da olsa xətrini cox istəyirəm. Saytdakı rəhbərliyində uğurlar, inanıram ki, məmmədovla birge saytımıza yenidən əvvəlki uğurunu qaytara biləcəklər. Sizə bu yolda uğurlar. Sualim da ele bununla bağlı olsun. Məmmədovla işləmək çətin deyil ki?

- Təşəkkür edirəm. Mamedov çətinlik yaradan kadrlarla işləmir :23: Buna görə şükür ki çətinliyimiz yoxdur ki burdayam)

22. Şərh sayım bitib nə vaxt status alacam?

- Statuslar veriləndə.Böyük ehtimalla bazar günü yada bugün gecə veriləcəkdir.

23. Xow xasiyyətli adminkamız. Həm səbrli həm sevilən qısa zamanda hər kəsin rəğbətini qazanan gözəl insandı. QADINLA.Com 'a gəlişiniz necə oldu ?

- Qeyd etdiyim kimi baş adminin dəvətilə bu saytla tanış oldum.

24. Maaş alırsınız saytdan?

- Xeyr həvəskar işlədirik boş vaxtımızı bu cür dəyərləndiririk

25. Xoş gəlmisiniz. Sayt fəaliyyətinizdə uğurlar arzu edirəm. Adınızı kim qoyub? Sizin də adınız Dodaqdan qəlbə kitabından götürülüb?


- Xoş gördük. Valideynlərim qoyub)) Maraqlanmamışam bu haqda :23: Məndən bu qədər ümid edirəm verdiyiniz suallara cavab tapa bildiniz.Uğurlar hər birinizə.
(səs: 1)
Şərhlər: 21
Baxılıb: 5 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri