Həvəssiz oxunan xəbərlər...mənasız şərhlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 288
Səs ver:
(səs: 2)

... Şərh yazmalıyam, nikimi, avatarımı, imzamı, şərhimi bir daha görsünlər!


Belə düşündüyünüz anlar olubmu? Yəqin ki, heç olmasa bir dəfə olub. Başlayırsan mövzunu tez-tez, sürətlə oxumağa. Ən azından şərh yazmaq üçün bir məlumatın olsun. Şərhin sadəcə “Təşəkkür” sözündən ibarət olmasın.

Mövzu:
Artıq yeni həyata başlayacağam... Məni tanıyan heç bir insan olmasın o həyatımda. O səhvləri xatırladan insan olmasın həyatımda... İstəmirəm sizə etdiyim pisliklər xatırlansın... Siz məni bağışlasanız da, mən bağışlaya biləcəyəmmi? Yeni həyatım təkliyim olsun.

Mövzunu oxumağımız:
Artıq yeni həyata başlayacağam... O insan olmasın həyatımda... İstəmirəm... Pisliklər... Mən bağışlaya biləcəyəmmi. Yeni həyatım təkliyim olsun.

Nəticə və şərhimiz:

"Düzdü, sənin qədrini bilməyənləri sil getsin həyatından. Bağışlama elə insanları. Təşəkkür edirəm, əla mövzu idi. Maraqla oxudum.."

Beləliklə mövzunu heç anlamamış oluruq.
Digər oxumağa həvəsi olmayan user də, mövzunu heç oxumayıb, yazılan şərhə uyğun fikir bildirir. Beləliklə mövzu tamam başqa səmtə yönəlir.

Xəbərin müəllifi yazılan şərhləri həvəslə oxuyur. Və görürki, mövzu heç də anlaşılmayıb. "Məyusluqla düşünürsənki, niyə oxunmadı mövzum. Mən tamam başqa fikirlərdən bəhs etmişəm, şərhlər isə..." Bəzən müəlliflərə qarşı belə hörmətsizliklər edirik. Hər bir insan çəkdiyi əziyyətin bəhrəsini görmək istəyər. Müəlliflər də mövzunu düşünərək, hər bir sözü ürəyindən keçirərək səmimi yazılar yazırlar. Məhz sizinlə bölüşürlər... Və əziyyətin qarşısında mövzunu anlayan şərhlər görmək istəyərlər.

Ötəri oxunan mövzu əlbəttəki mənasız görünəcək. Lakin diqqətlə oxusanız, orada hisslər, səmimiyyət, məna tapmış olarsınız.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri