Qubalı qızındαn xəbər var♥

Müəllif: Efsuw2016
Şərhlər: 10
Baxılıb: 2 421
Səs ver:
(səs: 0)
Meyvələrdən 3meyve var 3-ü də balam yeməli:sarkici:
Evdə oturub bu mahnını oxuya-oxuya meyvə yeyirdimki bu meyvəblərin faydalarıyla maraqlandım. Mahnıda qeyd olunan alma, heyva və narın faydalarıyla gəlin birgə tanıs olaq
Qubalı qızındαn xəbər var♥


Alma
Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır və orqanizmi gəncləşdirir
Bu meyvənin tərkibində olan elementlərin ürək-damar sisteminə müsbət təsir etdiyi, qan damarlarının elastikliyini qoruduğu bildirilir.
Alma qabığı da almanın içinə nəzərən daha çox antioksidanta sahibdir. Cavanlıq meyvəsi hesab olunan alma ləzzətli dadı və sağlamlığa verdiyi faydaları baxımından ideal hesab olunur.
Alma böyrəkləri təmizləməkdə, xolesterolu aşağı salmaqda, baş ağrısını azaltmaqda, yüksək təzyiq probleminin həllində istifadə edilir. Bundan əlavə piylənmə xəstəliyi ilə müqayisədə əhəmiyyətli hesab olunur.

Heyva
Heyvanı müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya, anemiya və s. xəstəliklər zamanı istifadə etmək olar.

Heyva güclü sidik qovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazatı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.

Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qara ciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir

Nar
Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.

Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.

Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.

Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.



P.S Bəs siz hansı meyvəni sevirsiniz?
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri