Ana olsam♡

Müəllif: Meleknur
Şərhlər: 19
Baxılıb: 3 562
Səs ver:
(səs: 1)
Bir gün ana olsam övladımı çox sevəcəm. Hər fürsəttə ona onu çox sevdiyimi,onun mənim üçün çox önəmli olduğunu deyəcəm. O qədər çox sevəcəm ki başqalarının sevgisinə möhtac olmayacaq. Ona dünyanın ən mükəmməl övaldı olduğunu deyəcəm. Onu heçkəslə müqayisə etməyəcəm. O sevgi əzabı çəkəndə yanında olub onunla biryerdə ağlayacam. Elə sevəcəm ki onu həyatında nə olursa olsun həyatından kim gedərsə getsin ANAM var deyəcək. 2 alanda ona əsəbləşmək onu döymək yerinə daha yaxşı çalışmağına kömək edəcəm. Arzuları nə olursa olsun əlindən tutacam birlikdə addımlayacam onunla. Xəyallarına ciddi yanaşacam ələ salmıyacam onu. Neçə yaşında olursa olsun neçə yaşımda olursam olum onunla uşaqlıq edəcəm. Oxuduğu kitabları,izlədiyi filmləri,ilk sevgisini,bütün həyacanını mənimlə paylaşsın deyə əlimdən gələni edəcəm. Evdəki əşya üçün qəlbini qırmıyacam. Ona yüküm deyil mükafatım kimi baxacam.

Və onun gəlişinə sadecə 7 ay qalıb İn şa Allah sağ salamat gəlsin :laylay: :dua:
(səs: 1)
Şərhlər: 19
Baxılıb: 3 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri