100-cü xəbərimdə Ağdamım (Özəl )

Müəllif: Aylin...
Şərhlər: 13
Baxılıb: 2 133
Səs ver:
(səs: 0)
"Çay evi"nin yaranmasının maraqlı tarixçəsi var. Belə nəql edirlər ki, günlərin birində üzərində Çin memarlığının görüntüsü olan bir jurnal AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini xahiş edir. Şəkil Sadıq Murtuzayevin də xoşuna gəlir və Xudu müəllimin sözünü yerə salmır. Birinci katib rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışan Rəşid Məmmədova həvalə edir. Həm də tikiləcək bina gələcəkdə onun rəhbərlik etdiyi təşkilatın balansına veriləcəkdi. Prosesə rayonun baş memarı Firdovsi İbrahimov da cəlb edilir.
Xudu müəllimin katiblə söhbətində obyektin gələcək təyinatı da müəyyən edilmişdi: obyekt "Çay evi" kimi fəaliyyət göstərəcəkdi. "Çay evi"nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulmasını isə Ağdamda məşhur dəmirçi sayılan Mamed kişi görür.
1986-cı il iyulun 26-da "Çay evi"nin təntənəli açılış mərasimi olur.
Bir maraqlı hadisəni də binanın üstünü vuran dəmirçi Mamed nəql edirdi. Mamed kişi illərlə evinə telefon çəkilməsi üçün növbə gözləsə də, məsələ həll olunmurmuş, kişini get-gələ salıblarmış.
Binanın günbəzşəkilli damını dəmirlə örtmək həm məsuliyyətli, həm də təhlükəli olduğundan bu işi kimsə üzərinə götürmür, bircə Mamed kişi sinəsini irəli verir ki, işi mən üzərimə götürürəm. Onu S.Murtuzayevin yanına gətirirlər.
- Bacararsanmı bu işi?
- Allah qoysa, Sadıx məllim!
Razılaşırlar və otaqdan çıxarkən, qəfildən yadına düşür ki, katibin qəbuluna düşmək çətindir, elə burda ikən evinə telefon çəkilməsi məsələsini də xahiş eləsin!
İş iki gün çəkir. İkinci gün işini bitirib evə gələn Mamed kişi evə artıq telefon çəkildiyini görür və ilk zəngi S.Murtuzayevdən alır. Təbii ki, çay evindəki işini layiqincə yerinə yetirdiyinə görə təşəkkür zəngi".
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri