❋❋❋YENİ İLİN MÜBARƏK QADINLA.COM AİLƏSİ❋❋❋

Müəllif: YalniZ-ArZu
Şərhlər: 17
Baxılıb: 5 073
Səs ver:
(səs: 1)
❋❋❋YENİ İLİN MÜBARƏK QADINLA.COM AİLƏSİ❋❋❋

Salam QADINLA.COM ailəsi İlk öncə hamınızın qarşıdan gələn YENİ İLİ MÜBARƏK OLSUN :zded::melek: Yeni ilə hər zaman yeni ümüdlərlə qədəm qoyuruq,arzum budur hamımızın ürəyində olan gözəl ümüd və arzuları çin olsun :dua:



Yeni il bizim hamımız üçün uğurlu düşərli olsun inşallah...:melek: Allah 2018-ci ildə ölkəmizdən əmin-amanlığı sabitliyi əskik etməsin,düşmənlərimiz xar olsun.Şəhidsiz,gözyaşısız,təbii fəlakətlərsiz bir ilimiz olsun 2018 İNŞALLAH.:dua:



Ötən ilimizdə saytımızda bir çox olaylar baş verdi,üzüntülü,xoş,sevindirici,gülməli...İstədim bu xəbərimdə saytımızda baş verən olayların qısa xülasəsini sizə təqdim edim oxuyub birgə xatırlayaq :xeyal:



Ən yadda qalan hadisə təbii ki,ilin əvvəlində saytımızda olan problemlər idi...ən üzüntülü hadisəmiz də o oldu əslində :uhu: Hər birimiz diksinərək xatırlayırıq o günləri...adminlərin səyləri nəticəsində saytın adı dəyişildi və qaldığımız yerdən davam etdik:komp: çox şükür :melek: Birdə getsin o günlər gəlməsin :dua:



Saytımızın userlərinin həyatında da bir çox yeniliklər oldu :128: Saytımızın bəzi qızları nişanlandılar HAZAL,HEYATİM_MENİM,ŞİRİN MELEYİM...Allah hər birini xoşbəxt eləsin :melek: Bir neçə qızlarımızın toyu oldu,FİDAN,NURANƏ,ŞİRİN MELEYİM,AY_EL...bir yastıqda qocalsınlar :toy:



Ana olan qızlarımız da oldu tabi ki :quc: KRİSA,CANAN,FİDANIM,NƏZRİN,AY_EL_,SARA035,ROZA
Allah qorusun körpə balaları...:yavrum: və sağ əlləri hal hazırda saytın hamilə qızlarının başına :empathy: Ən surpriz hamiləlik isə,təbii ki KRİSA bacının hamiləliyi oldu,çünki onun övladı düz 11 il həsrətdən sonra dünyaya gəldi:yavrum: İlin sonunda ANONİM VƏ EFSUŞDAN da hamiləlik xəbəri aldıq.:hmmm: Bilirik ki ikisidə neçə illərdir övlad həsrəti çəkirdilər və şükür ALLAH onların dualarını cavabsız qoymadı,sağ salamat dünyaya gətirsinlər bütün hamilələr övladlarını :dua: Və inşallah 2018-in yekun xəbərində ADSIZ-A bacımın da ana olması xəbərini paylaşarıq...dua edək Ayselin müalicələri öz gözəl bəhrəsini versin,o da ana olsun inşallah :melek:



SaytımızdA tələbə adını qazananlar da oldu bu il...NARİN YAGIŞ başda olmaqla tələbə qızlarımızı da təbrik edirəm,sizin də sağ əliniz arzusunda olan,əvvəllər aktiv olub hal hazırda başları hazırlığa qarışan qızlarımızın başına...ALLAH əziyyətinizi hədər etməsin.AMİN!:ufff: Əvvəllər çox aktiv olan indi müəyyən səbəblərdən aramızda az-az görünən ARZUM-AYSUM,TÜRKAN ABBASOVA,SONA,SON BAHAR,RƏMSƏ,ULDUZ...bu qızlarsız sayt solğundur,gələn ili bu ilkindən daha aktiv olarsız canlarım...və təəssüf profilin sildirib gedən qızlarımız da oldu MRS.A,AYŞEGÜL...((AYŞEGÜLƏ burdan öpücüklər,:op: bilirəm izləyir bizi gözəlim...qayıtsan sevinərik:02: MRS.A- da həmçinin :123:



Saytda 2017-ci ildə dizayn dəyişikliyi oldu,yenə də zövqlü iş qoydu ortalığa texniki adminimiz :07: Bir neçə userlərimiz saytın idarə heyətinə cəlb olundular,bendeniz YALNİZ-ARZU,BARBARİS,SON BAHAR,EFSUŞ,ARZUM-AYSUM...müxbir statusunu alıb sayta daha maraqlı və reytinqli xəbərlər atmağın da bir ayrı dadı duzu var əlbəttə.:02: İl sonuna yaxın yeni adminkamız gəldi sayta LAMİYƏ xanım,gəlişylə də saytın ara sıra tormoza düşən xəbər aktiv etmə problemi də həllini tapdı çox şükür :ihi: əlləri var dərd görməsin :20:



Ötən ilimiz saytda reallaşan maraqlı yarışmalar və super layihələrlə də yadda qaldı.:11:..bütün layihə və yarışma müəlliflərinə təşəkkürlər ki,saytda aktivliyi daha da artırmaqda yardımçı olurlar.Gələn il də eyni həvəslə davam edər yarışma və layihələr..:xeyal:



Belə xülasədən də göründüyü kimi sayt olaraq geridə qoyduğumuz il səmərəli keçib və xoş günlərlə bol il olub,(mənim yadıma düşənlər bu qədər oldu,hansısa olay nəzərimdən qaçıbsa şərhlərinizdə yaza bilərsiz)...inşallah 2018 bundan da uğurlu və düşərli il olar bizimçün.Bir daha YENİ İLİNİZ MÜBARƏK QADİNLA.COM əhli :zelka: Gələn il özüylə ancaq sevinc və gülüş gətirsin,hamımıza möhkəm can sağlığı bol nəaliyyətlər və xoşbəxtliklər arzu edirəm.



2018 XOŞ GƏLİR,SƏFALAR GƏTİRİR :wiyin:

(səs: 1)
Şərhlər: 17
Baxılıb: 5 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri