Qadinlar.Biz -in xanımları kabuslar evində

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 468
Səs ver:
(səs: 0)
Bir gün Mən başda olmaqla Qadinlar.Biz-in qızları meşəyə gəzməyə getmişdik. moonwLakin birdən bərk yağış yağmağa başladıQadinlar.Biz -in xanımları kabuslar evində. Çarəsiz qalib ilk qabagimiza çıxan evdə oturub yağışın kəsməyini gözləməyi qərara aldıq. Gəlib bir evə çıxdıq. Evə girən kimi qapı arxadan bağlandı. Nə qədər çalışdıqsa, aça bilmədik. Ev çox qaranlıq idi. Hər tərəfi toz basmışdı. Amma başqa çarəmiz də yox idi. idi. 
Sən demə, bu ev kabusların evi imiş.  Onun keçmiş sakinləri evi kabusların qorxusundan qoyub qaçmışdılar. Ev çox böyük idi,  hamımiz çox acmışdıq. Evi gəzib otaqlara baxmağı qərara aldıq, həm də fikirləşdik ki, bəlkə yeməyə nəsə tapdiq. Elə hər şey də bundan sonra başladı.

 

 Nələr olduğunu görmək üçün həyətə çıxdım. Orada çoxlu ağ parçalar asılmışdı. Birdən ağların arxasında kiminsə dayandığını gördüm. O, Kloun kabus idi və Mən-igörən kimi qışqırmağa başladı barbarian məni qorxutmaq istəyirdi
- Yekə oğlansan, bu nə şarlardı tutmusan əlində? Özün də ki gizlənmisən prostinanın arxasında. Çıx ordan, mən sənə başa salacam qorxulu sənsən, yoxsa mən 

Soledad  isə yemək axtarırdı. Gəlib bir otağa çıxdı və burda soyuducu olduğunu görüb sevindi.  Fikirləşdi ki, bəlkə orda yeməyə nəsə tapa bilər. Soyuducunun qapısını açanda burda kəsilmiş baş olduğunu gördü və qışqırmağa başladı.  Yemək də yadından çıxdı, tez qızların yanına qaçdı 
Sadəcə mən isə gəlib bir otağa çıxdı. Burada televizor var idi. Televizorda onun ən sevimli serialı gedirdi. Tez televizorun qabağına keçib seriala baxmağa başladı. Birdən arxadan 2 əlin ona yaxınlaşdığını gördü və heç halını pozmayıb dedi:
-Bir imkan ver də, görürsən ki, seriala baxıram. Heç indi qorxutmağın yeridi?Serial qutarsın, sonra qorxudarsan. Söz verirəm onda qorxacam 
Barbi_ isə heç özü də bilmirdi ki, hara gəlib çıxıb. Bura çox qaranlıq idi. Hər tərəf sökülmüşdü. Birdən yerin altından bir kabus çıxdı. İkisi də bir-birini görən kimi qorxub qışqırmağa başladılar.  Barbi_ elə qışqırdı ki, kabus qışqırmağına peşman oldu.Hələ əlindəki fanarı da kabusun başına vurub dedi:Sən niyə qışqırırsan? Mən bəyəm qorxulu görünürəm ki? Gül kimi qızam.  Mən qışqırmalıyam e, utanmaz-utanmaz sən qışqırırsan amma...başın batsın! 
Pretty Girl Barbin-in qışqırığını eşidib onu axtarmağa başladı. Amma özü də bilmədən gəlib elə bir yerə çıxdı ki... Birdən ayaqlarından kiminsə onu aşağı dartdığını hiss etdi. Qışqırırdı  , amma köməyə gələn yox idi. Artıq kabusların əlləri demək olar ki, onu tamamilə özlərinə çəkmişdilər.
NELLİ  bütün bu səsləri eşidirdi. Amma onun üçün fərqi yox idi ki, nələr olur, kim niyə qışqırır... O, evin zirzəmisinə gəldi. Pilləkənlərin altında kiminsə olduğunu hiss eləyirdi. Əvvəl aşağı düşməkdən qorxsa da, marağı onu aşağı enməyə məcbur eləyirdi. Yavaş-yavaş pilləkənləri düşməyə başladı, pilləkənlərin altındakı gülməli kabusu görüb gülərək dedi: 
Mən səndən qorxulu görsənirəm eee... Sən güzgüdə heç baxmısan özünə?...Sən öz canın, çəkil pilləkənin aşağısından, mən düşüm aşağı, yoxsa mən düşüb səni orda görsəm məndən incimə... 
naza24... isə həmişəki kimi güzgü axtarırdı ki, özünə baxsın. Axır gəlib bir otaq tapdı, burda güzgünü görüb çox sevindi. Amma o bilmirdi ki, güzgünün arxasında güzgü kabusu var. Və birdən kabus üzə çıxdı. naza24... qorxub divarın küncünə qaçdı. scares Güzgü axtarmağına peşman olaraq öz-özünə deyirdi:
-Burdan çıxım bircə, bir də heç vaxt güzgüyə baxmayacam. Bu kabus da mənə paxıllıq eləyir eee. Ona görə qoymur ki, güzgüyə baxım. Bilir ki, ondan qəşəngəm...  
Aliyeva.T isə düşdüyü  otaqdan heç cür çıxa bilmirdi. Çünki balaca hörümçəklə heç cür dil tapa bilmirdi....-Ya sən düş mənim üstümdən, ya da düş... Çox iyrənc görsənirsən eee.  Axırıncı dəfə nə vaxt çimmisən, sən öz canın... İndi hamı çıxıb gedəcək, mən qalacam burda, ondan sora məndən incimə də. Səni ayaqlarından asacam...
V.Q.C  isə heç yeri gəzməyə həvəsi yox idi. Onun üçün pilləkənlərdə oturub qızları gözləyirdi. Amma burda da kabuslar onu rahat buraxmadı. Canavar kabus onun üstünə atılıb onu yemək istəyirdi, ancaq özünü itirməyən V.Q.C dedi roll :Dadım da yoxdu, nə istəyirsən məndən?!  Nə qışqırırsan, gör nə boyda açıb eee ağzını.. shock Görməmiş... 
Luna isə çox yorulmuşdu, dincəlmək üçün bir otağa gəldi. Çarpayıda uzanıb yatmaq istəyirdi boredom ki, bir də gördü çarpayının altından iki əl çıxdı. Çox qorxsa da, çox da əsəbləşmişdi:İndi sənin əlindən yata bilməyəcəm də mən, hə...
Yerdə oyuncaq doludu, get onlarla oyna. Öz mişkamı sənə verən deyiləm. Bu kabuslar da yaman iştahalıdılar eee. Nə görürlərsə istəyirlər...Get oyna, mən yatıram.
Tapdiqova  isə kabuslarla dil tapa bilmişdi deyəsən... O, bir otaqda oturub qadın kabusla söhbət edirdi:
Sənin ağzındakı qurdlar dadlıdı? Bu qədər qurdu ağzına necə yerləşdirmisən? Aaa, elə çıxdıqca qurtarmır eee... Ay qız, cavab ver də, bax, indi küsüb gedəcəm aaa....Yox, deyəsən dil tapa bilməmişdi, çünki heç bir sualına cavab ala bilmirdi...
Vusales  isə heç nədən xəbərsiz bir kabus kisinin qucağında yatmağa çalışırdı.  Kabus isə qışqırırdı, onu yatmağa qoymurdu.Vusaless  yuxulu-yuxulu yavaşca dedi:
-Sən birinci ağzını bağla. Bayaqdan ağzından bir düz-əməlli qurd çıxmıyıb. Mən sənin yerində olsam, heç ağzımı açmazdım.Özün də mənə lay-lay çal, yorulmuşam, yatmaq istiyirəm....
Başqa bir kabus isə ağzını açdı ki, məni yesin, elə burda ayıldım. Bildim ki, bayaqdan gördüklərim bir yuxu imiş və çox sevindim...
Daha şirin yuxular görmək arzusu ilə .... İnşallah heç kim incimədi 
Saat 03:30 mən də yatim mənə də şirin yuxular olsun



(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri