Bayramınız mübarək xanımlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 5 939
Səs ver:
(səs: 17)
Sevimli saytımızın userləri, adminimizin redaktorlarımızın moderatorlarımız hər birinizin Bahar Bayramınızı ürəkdən təbrik edirəm! Həyatınız daima bayram xonçası tək bol çeşidli, bayram yumurtaları tək rəngarəng, süfrənizsə tək bayram günləri yox, bütün fəsillərdə dolu və ruzili olsun. Allah - təala ac olanların mədələrini daima tox etsin!!! Qoy bu teravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun! Bu bahar bayramında ürəyinizdə nə arzularınız varsa gerçək olsun.  Övlad gözləyənlər sağ salamat dünyaya gətirsinlər olmayanlara RƏBBİM qismət etsin. Hərkəsin həyətindən toy səsi nişan səsi eşidilsin. Əsgərliyə gedən  əsgərlərimiz in yolu açıq olsun. İçi mənim qardaşım olmaqla sağ salamat gəlsinlər inşALLAH. RƏBBİM ata və analarımızı qorusun. Onları başımızın üstündən əskiy etməsin amin Ürəyinizdə nə arzularınız varsa RƏBBİM könlünüzü ona versin amin.
Novruz bayramı qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlardan paxlava, şəkərbura, şəkərçörək, şorqoğalı, badambura və s. bişirilir. Süfrədə "S” hərfi ilə başlanan yeddi növ xörək olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s., bunlardan başqa güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir.
Həftə-həftə arxasınca, ötürdük hər çərşənbəni.

Yetişir nəhayət Novruz axşamı, Durun yandırın tonqalı.
Papaqları dolsunsunlar, qonşu, qohum, əqrabalar
Küsülülər barışsınlar, sevgililər qovuşsunlar...
Hər bir uşaq, böyük, kiçik, nənə, nəvə, nəticə.
Bir-birini march edib HaPpıR NovRuZ söyləsinlər

Taa Qədimdən Belə Bir Adətimiz  Var...
Novruz Gələndə Bütün Küsülülər Barışar...
Aralarındakı Narazılığı Unudar...
Bir-Birlərini Təbrik Edərlərmiş...
Əgər saytımızda həyatımızda küsdüyümüz insanlar varsa  
Nırç Nırç Nırç..
Heç Adam da Bayram Günü Küsülü Qalar...!??
Nənə-Babalarımızın Uzun Əsrlər Boyu Yaşatdığı Bu Cür Adətə Xəyanət Etmək olmaz
Onsuzda İl-İldən Uzaqlaşırıq Adətlərimizdən...
Heç Olmasa Bu İl Əsl Dədə-Baba Adətiynən Novruz Keçirək...
Onların da Ruhunu Şad Edək...
(səs: 17)
Şərhlər: 15
Baxılıb: 5 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri