İkinci ailəm - Qadınlar.Biz... (özəl)

Müəllif: Catwoman666
Şərhlər: 13
Baxılıb: 2 633
Səs ver:
(səs: 4)
Əziz QadınlarBiz ailəsi, hər birinizi xoş gördük! İstədim ki, özəl bir xəbər hazırlayım.  Özəl bir xəbər hazırlamaq istəyim də artıq 100-cü xəbərimin olması ilə əlaqədardır.  Bu gözəl və doğma saytımızın baş admini Mammadov V.C.-ya da təşəkkürümü bildirirəm ki, belə bir xəbər hazırlamağıma icazə verdi.  
 
Baxmayaraq ki, hələ 3 aydır burdayam, amma bu cür doğma saytımızdan qeydiyyatdan keçdiyimə görə özümü çox şanslı və xoşbəxt hiss edirəm. Əmin olun ki, bu yazdıqlarım yalan deyil. Hamısı içimdən gələn cümlələrdir. Artıq bura mənim ikinci ailəmdir və həyatımın ayrılmaz hissəsinə çevrilib.  Hər birimiz buranın artıq daimi istifadəçilərinə çevrilmişik... Söz-söhbətlərimiz də, zarafatlarımız da, xoş günlərimiz də olub.... Və ən əsası dərdləşməyə ortaq, sevincli günlərimizi bölməyə dostlar tapmışıq. Admindən neçə dəfə xəbərdarlıq alanlarımız da olub :06: Mən özüm də dəfələrlə xəbərdarlıqlar almışam, hətta saytdan dəcəllik etdiyimə və sözə qulaq asmadığıma görə qovulmuşam :09: Amma yenə də sizinləyəm və hər zaman Qadınlar.biz ailəsinin bir üzvü olacağam.  Ad günlərimizi birlikdə qeyd etmişik, gülüş dolu günlərimizə birlikdə gülüb, qəmli günlərimizə də birlikdə üzülmüşük.  Bundan əlavə Qadınlar.bizin bizlərə qazandırdıqları da çox olub- ən son maqazin xəbərlərini oxuyub hər şeydən daha öncə xəbər tutan, yeni-yeni məlumatlar öyrənənlər biz olmuşuq)) bu saytə ən əsası mənə  yaxın dost qazandırıb!
 
Azərbaycanın ənnn reytinqli saytlarından biri, hər zaman yenilikləri ilə fərqlənən, yüksək ziyarətçi sayına malik olan, xüsusi olaraq Azərbaycan xanımları üçün açılan, ən əsası mənim "ikinci ailəm" Qadınlar.biz saytının baş admini Mammadov V.C-ya (həmçinin Anar Mammadov, Signorina və indiyə kimi saytda əməyi keçən hər kəsə) öz dərin minnətdarlığımı bildirirəm ki, bayaq yuxarıda sadaladıqlarım kimi bir sayt açıblar. Biz məhz Vusal bəyin sayəsində bu saytda toplanmışıq. Qadınlar.biz-li olduğum üçün çox xoşbəxtəm və İnşallah saytımızın uğurları hər zamaaannn bol olar, hər zaman indiki kimi ən zirvədə olar!!!
 
QADINLAR.BİZ -Azərbaycanın ən baxımlı milli qadın portalı......
 
200-cü xəbərimdə görüşənədək :14: :04: :22:
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 2 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri