Qadınlar.biz əhlinın məşğuliyyəti (1 hissə)

Müəllif: Qlamurr
Şərhlər: 19
Baxılıb: 3 662
Səs ver:
(səs: 5)
Əziz Qadınlar.Biz saytının qızları bu dəfə sizləri xanımlarımızın məşğuliyyəti ilə tanış edəciyik.Düşünürəm ki,hamınız üçün maraqlı olacaq......növbəti xəbərdə olmq istəyənlər ,mənə şəxsiyə yaza bilərlər....
 
Arzum-Aysum- Məni tanıyan və tanımayan qızlar haaamınıza salamlar.İşləməyi çox istəsəm də hələ ki,uşaqlar balacadı deyə işləməyə imkanım yoxdu.Öz sənətim alman dili müəlliməsidi.Ancaq ixtisasım üzrə heç işləməmişəm.Əvvəllər 5 il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kadrlar şöbəsində kadr üzrə müfəttiş işləmişəm.İşim çətin və məsuliyyətli olsa da çox sevirdim.3000 işçi ilə işləmək asan deyildi.Ancaq maraqlı idi.İşə qəbul olunan,azad olunan,məzuniyyət verilməsi,vəzifənin dəyişməsi,əmrlərin yazılması və.s..Ufff yazdıqca çoxx darıxdım.İnşallah yenə nə vaxtsa işləsəm kadr müfəttişi işləməyi çox istərdim...
 
Miss_Oxatan-Mənim ixtisasım ingilis dili müəlliməsidir.Öz ixtisasım üzrə işləməyi çox istəyirəm,ancaq qismət olmuyub.Tələbəliyi bitirəndən sonra çox baş vurdum ki,müəllimə işləyim alınmadı.Çünki işə düzəlmək üçün pul versəydim ,onda gərək 15 il verəcəkləri maaşa işləyərdim.həm o zamanlar subay idim,dedim ki qismətdir,ailəmi xərcə salsaydım başqa yerə qismətim açılardı :01:,pul batardı.O üzdən dedim işaxtarım  çünki,işsiz dayana bilən insan deyiləm.Şəkidə Atçılıq Turizm mərkəzində işə başladım.Əvvəlcə idarə işlərini öyrənmək üçün türklər demişkən elemanlıq yapdım.Sonra turizm üzrə baş mütəxxəsis vəzifəsinə təyin edildim.3 il işlədim ,sonra müdir dəyişdi,ixtisarlar başladı,məndə ixtisara düşməyi özümə sığışdırmadığımdan işdən çıxdım.Bir neçə aydan sonra Rusiyaya gəldim.Burda xalamgilin şəxsi maqazinləri var ,işlətməyi öyrətdilər.4 il olacaq ki,burda işləyir,ailəvi maqazinləri idarə edirik,eyni zamanda da rivizya işinə baxıram.Bir sözlə ixtisasımla işlədiyim işlər arasında dağ-dərə qədər fərq var....
 
Wiyinka-Tibb kollecində əczaçılıq üzrə təhsil alıram,hələki işləmirəm,bitirdikdən sonra imkan olsa işləyəcəm.
 
Fialka-Universiteti bu il bitirmişəm hələki işləmirəm,inşallah qismət olsa işləyərəm..
 
Ece Uslu-AMİ-nin tarix fakultəsini bitirmişəm,ixtisasım üzrə işləmirəm,hazırda sığorta şirkətində mühasib işləyirəm.Artıq 3 ildi ki,burda işləyirəm,düzü əvvəllər sevməsəm də indi işimi çox sevirəm .İlk iş yerim isə gözəllik salonunda adminstrator olub,6 ay işləmişəm,ilk məvacibim 50 manat olub...
 
Sona-Demək hal-hazırda işləmirəm .Evdar qızam) amma 2 il bundan qabağa kimi Azərcelldə işləyirdim.Kompyuterdə Azərcell nömrələrinin satışı ilə bağlı siyahı tərtib edirdim.İşimi hədsiz çox istəyirdim,baxmayaraq ki yorucu iş idi.Kollektiv də gözəl idi.Nişanlandıq və nişanlım işdən çıxartdı(onun can sağ olsun).Hal-hazırdakı və bundan sonrakı işim ev işləridi..
 
Svetoklana-Mən təzəlikcə BDU-ni bitirmişəm...hal-hazırda magistraturada təhsilimi davam etdirirəm).Demək olar ki,bu günə qədər heç bir xüsusi işlə məşğul olmamışam ,olsam da müvəqqəti olub(ömrü 2-3 ay davam edib),sadəcəbir dəfə dayəlik etmişəm...)o isə xahiş,minnətlə...
 
Gulu-Qezi-Ailə qurmamışdan əvvəl özəl xəstəxanada tibb bacısı işləmişəm,öz işimi sevirdim.həmişə düşünürdüm ki,heç vaxt sənətimi atmaram,amma bir söz var ee heç vaxt ,heç vaxt demə,elə olduki yoldaşımla ailə qurmağa qərar verdim,işdən çıxdım.1 ildiki işləmirəm,evdar xanımam)) bir sözlə sənətimi,işimi ailəmə qurban verdim.Çox istərdim ki,işləyim,amma heç inanmıram ki nə vaxtsa yoldaşım icazə verə,nə demək olar qismət.Təki Allahım ona halallıqla qazanc yetirsin,mənimdə işləməyə ehtiyacım olmasın....((Amin bacı))
(səs: 5)
Şərhlər: 19
Baxılıb: 3 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri