Səni Axtarıram - arzum_arsum

Müəllif: Miss_Oxatan
Şərhlər: 22
Baxılıb: 2 670
Səs ver:
(səs: 1)
Əziz Qadınlar.Biz əhli.Düşündüm,daşındım hüzurunuza bir lahiyə ilə çıxmaq istədim."Səni Axtarıram".Həyatınızın müxtəlif mərhələrində,məktəb illərində,tələbəlik illərində,kişi olsaydınız deyərdim əsgərlik illərində))),iş həyatınızda və s.ola bilsin ki,bir rəfiqə(lər)niz,dost(lar)ınız,yaxınız,ya da ailədən,qohumlarınızdan hər hansı doğmanız,qohumunuz olub ki,o insan(lar)dan hər hansısa səbəbdən ayrı düşmüsünüz,əlaqəni itirmisiniz.Lakin o insanı yenidən tapmağı,əlaqə yaratmağı çox istərdiniz.Həyatınız da belə bir məqamla üz-üzəsinizsə buyurun bizimlə paylaşın.Ancaq öncə özünüz haqqınızda mümkün dərəcə də məlumat verin,çünki ola bilər həmin şəxs(lər) təsadüfən rast gəlib oxuyar və nəticə də bir-birinizə qovuşa bilərsiniz.Daha sonra isə mütləq  o insan(lar) haqqında yazın, kimdir,sizin nəyinizdir,necə tanış olmuşdunuz və necə oldu ki,ayrı düşdünüz.Ətraflı yazsanız daha məqsədə uyğun olacaq.Azəri şriftilə yazmağınızı arzu edirik.İştirak etmək istəyən qeyd etdiyim şəkildə yazıb mənə şəxsi ismarıcla göndərsin.İnşAllah heç kəs bir-birindın ayrı düşməsin,Rəbbim hər kəsi qovuşdursun.
İlk qonağımız arzum_aysum niki altında fəaliyyət göstərən iki qız anası Türkanımızdır.Buyurun görək xanım qızımız kimi axtarır.O öz hekayəsini yumoristik yazıbdır,ancaq bu şərt deyil.Təsviri hekayə şəklində,intonasiyalı cümlələrlə də yaza bilərsiniz.Bir sözlə yazı şəkli sərbəstdir.
 
"Məəənn Məmmədova Türkan Atası qızını bilmirəm neçənci ilin fevralın 31-də Azərbaycan kəndlərinin birində bu dünyaya göz açmışam122 Xoşqədəm xanım qurban olum maaa kömək edin. Neçə vaxtdı sizə müraciət etmək istiyirdim ərimin qorxusunnan yazammerdim. İndi Oxatan bajının köməyinən bu məytuvu sizə göndərirəm. Yox mən qohumlarımı axtarmıram. Bir tələbə yoldaşım varıydı onu axtarerəm. Deməli inistutda parta yoldaşım mamilimatan bir qız varıydı. Birinci kursda bir oxumuşuq. Yaman günlərimiz olub 122 tələbəydik dana. Pulumuz paramız olmurdu. O vaxtın puluynan hərəmiz bir nizami qoyub bir bulka alırdıx. Onu da yarı bölüf yeyirdik 122 birinci kurs qutaranda həmin bulka yoldaşım getdi Almaniyaya. Onda da qıjı şeyləriydik. Nə telefonumuz varıydı, nə də kompyuterimiz. O gedən əlaqə kəsildi. İndi şükür sovrimenni adamlarıx. Telimiz də var kompumuz da. Amma nə adres var nə dəəəə nömrə. İndi Xoşqədəm xanim eeeee Oxatan bajı xahiş edirəm mənim o bulka yoldaşımı tap gətir mənə. Yenə arada aj qalanda iyirmi qəpey də onnan alıf çörək alıb yeyərəm 122
Zarafat bir yana həqiqətəndə birinci kursda bir il mənimlə oxumuş Səbinə yenidən görməyi çox istəyirəm. Az müddət olsa da yaxın idik. Mehriban idik. Maraqlı günlərimiz olub. İndi xatirə ancaq gözəl günlərin şəkilləri və yaddaşımda o günlərin əksi qalıb."
(səs: 1)
Şərhlər: 22
Baxılıb: 2 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri