Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən arzum-aysum

Müəllif: Mr. OffiCeR
Şərhlər: 18
Baxılıb: 3 479
Səs ver:
(səs: 5)
Salam Qadınlar.Biz Ailəsi ilk xəbərimlə sizində fikrinizi örgənməy üçün gəldim və ilk yeni maraqlı xəbərimlə.Deməli belə isdədim xəbərimi sevgi üzərində hazırlayam sizlər sevgilinizlə nişanlınızla həyat yoldaşınızla ilk necə tanış olmusuz sizdə mənim kimi bölüşün ilk mən öz tanışlığıı yazıram kim isdəsə mənə şəxsidə yazar xəbər qismində hazıırlayaram..İlk tanış olduqları günlərini bizimlə bölüşən arzum-aysum bacımız olacaq.

Bidənəm mənim xalam oğludu. Ona görə də bizim xüsusi tanışlıq hekayəmiz olmayıb. Universiteti bitirənə qədər xala uşağı olsaq da, bir birimizi barmaqla sayılacaq qədər az görmüşdük. Sonralar hər yay məzuniyyət götürüb rayona xalamgilə istirahətə gedirdim. Sən demə bu məni sevirmiş. Mənim xəbərim yox idi. Sonra əsgərliyə getdi bidənəm. Hər gün mənə zəng eliyirdi, guya xalasını soruşur :-) mənim də saf ağlım, heç ağlıma da gəlmirdi ki, bu məni sevir. Artıq əsgərlikdən qayıtdı. Yayda yenə getmişdim rayona. Bacımın qızlarını da aparmışdım. Ancaq bunlarda yox o biri xalamgildə qalırdım. Bu mənim yanımdan əl çəkmirdi, hər gecə şirin yuxular mesajı, səhər duran kimi sabahın xeyir mesajı, üzünü yuyub qaçırdı yanıma 122 belə belə mən də onu sevdim ondan xəbərsiz. Rayonda olanda neçə dəfə sevgisini demək istəyib çəkinib. Çünki mən qaraqabaq idim. Cəhd edib yaxınlaşa bilmirdi. Sevgisini necə deyib bölüşmüşəm sizinlə. Qovuşmasını çətin olsa da, Şükürlər olsun Tanrıma ki, qismətimə bidənəmi yazıb. Bu həyatı onunla yaşamaq və onunla yaşlanmaq ən böyük xoşbəxtlikdi mənim üçün.

Hələ nişanlı deyildik. Bir dəfə mənə zəng elədi ki, çıx balkona görüm səni. Mən də dedim, rayondasan sən harda görəcəksən. Nəsə ürəyim durmadı ümidlə çıxdım balkona. Görmədim bunu. Pis oldum. Dedim sən zarafat elə. Özü deyəndən sonra baxdım ki, üzbəüz binanın başında mənə baxır. Çox sevindim onda. Bir də rayonda şəhərlər məndən qabaq durub həyətdən qızılgül qırıb qoyurdu yastığıma urek

Gülməli hadisə də, bir dəfə otaqda uzanıb bidənəmlə danışırdım telefonla. Atam anamdan soruşub ki, Türkan yatıb. Bacımın qızı da deyib ki, yox eee baba, uzanıb yorğanı da çəkib başına Rzaynan danışır bayaqdan 122

Bir dəfə də qış idi. Bidənəm utanırdı bizə gəlməyə. Zəng elədi ki, dükan adından çıx yola səni görüm. Mən də Bacımın uşaqlarını götürüb getdim. Bunlara da tapşırdım ki, bax babaya demiyin ki, yolda Rozani gördük. Gəldik evə. Gördüm Bacımın qızı atama deyir ki, baba yolda bizi bir oğlan öpdü. Atam da mənnən soruşdu ki, kimiydi. Daha nə deyim. Dedim Rza. Birdən Bacımın qızı qayıdasan ki, "xalam da bizə deyir demiyin Rzanı gördük, özü də deyir" 122
(səs: 5)
Şərhlər: 18
Baxılıb: 3 479
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri