Oriflame Bakıda keçirilən II SHE beynəlxalq qadınlar konqresinin tərəfdaşı oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 921
Paylaş:
Səs ver:
(səs: 0)
6 mart 2018-ci il tarixində Bakıda ardıcıl olaraq artıq ikinci dəfə təşkil olunan SHE (“Smart. Happy. Elegant.”) beynəlxalq qadınlar konqresi keçirilib. Tədbir çərçivəsində müxtəlif ölkələri, peşələri və fəaliyyət sahələrini təmsil edən işgüzar qadınlar gender stereotiplərilə dolu dünyada uğurlu karyeranın qurulması və bununla bərabər xoşbəxt insan olmaq təcrübəsi ilə bölüşüblər.

“Artıq ikinci il ardıcıl olaraq Bakıda SHE konqressi təşkil olunur və bu, ona işarədir ki, qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi ideyası cəmiyyətimizə uyğundur. Düz 100 il bundan öncə Azərbaycan Şərqdə demokratiya qazanmış ilk ölkə olub və qadınlara sesvermə hüququ verib. Bu gün biz səsimizi yenidən gender bərabərliyinə və inkişaf üçün bərabər şəraitə veririk. Bakıda ikinci dəfə planetimizin müxtəlif tərəflərindən təşrif buyuran maraqlı spikerlərlə unikal görüşün keçirilməsi bizi fərəhləndirir. Bu cür imkan yaratdıqları üçün artıq həmfikir və dostlarımıza çevrilən tərəfdaşlarımıza təşəkkürümü bildirirəm“, - deyə “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az“ın həmtəsisçisi və “Azərbaycanın 100 işgüzar qadını” layihəsinin rəhbəri Tatyana Mikayılova qeyd edib.

Tədbirə 400-dən çox iştirakçı qatılıb.

Fəaliyyət göstərdiyi 50 il ərzində hər zaman qadınlara dəstək olan Oriflame şirkəti də bu tədbirin təşkilatçılarından biri idi. Şirkətin bestseller məhsullarının nümayiş edildiyi Oriflame stendi tədbir iştirakçıları və qonaqlarının böyük marağına səbəb oldu. Oriflame şirkətinin təkcə məhsulları ilə deyil, eyni zamanda pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən qadınlara təklif etdiyi fərdi biznes imkanı ilə hər zaman dəstək olduğu, şirkət üçün həqiqi gözəlliyin həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzi olduğu, həmçinin Beynəlxalq Uşaq Fondunun həmtəşkilatçısı kimi dünya üzrə bir çox xeyriyyə layihələrində iştirak etdiyi barəsində də qonaqlara geniş məlumat verilmişdir.

Oriflame Bakıda keçirilən II SHE beynəlxalq qadınlar konqresinin tərəfdaşı oldu



















(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 921
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri