“Camay” Parisin təravət atəşfəşanlığını Bakıya gətirdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 612
Paylaş:
Səs ver:
(səs: 0)
Tanınmış gözəllik markası olan "Camay” Bakı sakinləri və şəhərin qonaqları üçün Fransız şarmını və Avropanın cazibədarlıq mənbəyi olan Paris əhval-ruhiyyəsini 28 Mall və Park Bulvar-daki Paris küçələrində canlandırıb.
Camay sabunları ilk dəfə 1926-cı ildə "xanımlar üçün ağ sabun” şüarı ilə keyfiyyətə dəyər verən alıcılar üçün hazırlanmışdır. Cazibədarlıq əsrlər boyu xanımları düşündürən bir sirr olub. Qadın baxımı sahəsində dünyanın ən tanınmış markalarından olan "Camay” yaratdığı məhsullar vasitəsilə bu sirrin açılmasına cəhd göstərir.
"Camay” məhsulları Azərbaycan xanımları üçün zərif fransız ətirlərini bəxş edir. İndi Siz "Camay” brendinin sabun və dezodorantlarını almaqla öz cazibədarlığınıza fərdilik əlavə edəcəksiniz. Beləliklə, Park Bulvar və 28 Mall-da qurulmuş Camay Paris küçəsinə təşrif buyurub, Siz nəinki bu gözəl şəhərin abu-havasını duya, həmçinin də Camay-in geniş qoxu çeşidindən məhz Sizin zövgünüzü oxşayanını seçə biləcəksiniz.  "Vintaj”, "Natural gözəllik”, "Dinamik”, "Dejur”, "Madmuazel”, "Romantik”, "Zerlina Dübua”, "Krem ve çiyələk” və digər ətirlərdən birinin Sizin üçün yaranmış olduğunu duya bilərsiniz.
Əlavə olaraq, 2014-cü ilin iyul ayı ərzində Paris küçəsində şəkil çəkib Facebookda "check-in” edib dostları ilə paylaşan hər bir kəs, elə yerindəcə "Camay” məhsulunu hədiyyə ala biləcək.
Lakin "Camay” sürprizləri bununla bitmir. "Camay” Bakı sakinləri və şəhərin qonaqlarını bu ay ərzində həftənin şənbə günü saat 4-7 arası 28 Mall-da və bazar günü saat 3-6 arası Park Bulvarda Paris küçəsində keçiriləcək fransız musiqisi konsertinə dəvət edir.

Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com  saytına baş çəkin.
 

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 612
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri