AFFA və Bakcell şirkəti Bakıda Mançester Yunayted Futbol Məktəbini təqdim etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 990
Paylaş:
Səs ver:
(səs: 0)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu ilə əməkdaşlıq çərçivəsində iki il ərzində Mançester Yunayted Yay Futbol Məktəbinin uğurla həyata keçirilməsinin ardından Bakıda Mançester Yunayted Futbol Məktəbinin açıldığını elan edir.

İlkin mərhələdə Akademiyanın istedadlar qruplarında 32 uşaq təlim keçəcək. İstedadlar qruplarında təhsil ödənişsizdir.

İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq

Hər bir kateqoriya üzrə uşaqları Mançester Yunayted klubunun ezam olunmuş məşqçiləri seçəcəklər.

Məşqlər Mançester Yunayted Futbol Məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistent tərəfindən keçiriləcək. Məşqlərdən əvvəl uşaqlara ingilis dili tədris olunacaq (həftədə ən azı iki dəfə).

Futbol Məktəbinə qeydiyyat 15-22 sentyabr tarixləri arasında keçirilib. İstedad qruplarına seçim isə sentyabrın 23-də Bayıl Arena Stadionunda aparılıb.

AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev: "Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləri bu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması – ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada təlim keçən uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.  
"Bakcell iki il ərzində AFFA və Mançester Yunayted klubu ilə əməkdaşlıq şəraitində Mançester Yunayted Yay Futbol Məktəbini uğurla təşkil edib. Bu layihədə iştirak edən uşaqların böyük uğurları bizi Mançester Yunayted Futbol Məktəbini Azərbaycana gətirməyə ruhlandırdı. Bu uşaqların sayəsində biz Azərbaycan futbolunun böyük potensiala malik olduğunu gördük və daha böyük imkanları Azərbaycan futboluna yaxın gətirməyə qərar verdik. Mən inanıram ki, Mançester Yunayted Futbol Məktəbi bundan öncə təşkil etdiyimiz yay futbol məktəbi kimi uğurlu layihə olacaq və biz gələcəkdə bundan da yaxşı nəticələri sizinlə bölüşəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
AFFA və Bakcell şirkəti Azərbaycanda futbolun inkişafı naminə əməkdaşlığı davam etdirir.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 990
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri