Saçlarınızın yeni boyanmış görüntüsünü uzun müddət saxlayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 8 943
Paylaş:
Səs ver:
(səs: 2)
Hər kəs yeni boyanmış saçlarla gələn parlaq canlılığı sevir, lakin rəng tezliklə solğunlaşa və ya dəyişə bilər. Solğunlaşmanın qarşısını almaq və yeni boyanmış saç görüntüsünü uzun müddət saxlamaq üçün Wellaton yeni 2-si 1-də Rəng Sistemini yaradıb.

Saç rənginə innovativ əlavə olan Wellaton 2-si 1-də Rəng Sistemi saçboyama prosesinin yarısını təşkil edən inqilabi piqment artırma mərhələsi ilə seçilir.

Yeni Wellaton 2-si 1-də Rəng Sistemi ilə saçlarınızın yeni boyanmış görüntüsünü uzun müddət saxlaya bilərsiniz.

Yeni Wellaton 2-si 1-də Rəng Sistemi:
Sistemin birinci mərhələsi Wellaton saç rənginin ilkin tətbiqidir. Həmişəki kimi Wellaton-un effektiv rəng formulası intensiv rəng təmin etmək üçün saçınıza nüfuz edir, Parlaqlıq Formulası isə saç səthini qoruyur. Beləliklə, rəng piqmentləri tez yuyulub getmir. Lakin zaman keçdikcə rəng yuyula və ya UV şüaları kimi ekoloji amillər piqmentləri parçalayaraq saç rənginizin dəyişməsinə səbəb ola bilər.

Wellaton saç boyama prosesinə ikinci sadə mərhələni -  ilkin boyamadan 2 həftə sonra istifadə edilməsi nəzərdə tutulan Rəng Piqmentli Zərdabı təqdim edir.
 
Wellaton nümayəndəsi və beynəlxalq saç stilisti Sascha Breuer: "Yeni boyanmış saç kimi gözəl heç bir şey yoxdur. Lakin rəng və parlaqlıq bəzən vaxtından tez solğunlaşır, nəticədə isə təkrar boyamaya ehtiyac duyulur”.

Unikal rəng piqmentli zərdabın tətbiqi duşda baş tutan 10 dədiqəlik sadə bir prosesdir – heç bir oksidləşdiriciyə və ya peroksidə ehtiyac yoxdur. Zərdabı birbaşa saçınıza vurun, o, rəng piqmentlərini artırmaq üçün yarı qalıcı rəng piqmentləri əlavəsini saçlarınıza paylayır.

Sascha Breuer ümumi görünüşünüzün mühüm hissəsi olduğundan saç rənginizi uzun müddət saxlamaq üçün zərdabdan istifadə etməyi tövsiyə edir: "Biz güclü saçları olan qadınları görmüşük və onlar bunu bilir! Onların hər addımında bir əminlik, saçlarının hər dalğalanmasında zəriflik var. Wellaton-un 2-si 1-də Rəng Sistemi yenidən boyama olmadan saçlarınızın yeni boyanmış görüntüsünü uzun müddət saxlaya bilər.

Wellaton 2-si 1-də Rəng Sisteminin bazara buraxılması evdə saçboyamada saçlarınızın sevdiyiniz yeni boyanmış görüntüsünü uzun müddət saxlamağa imkan verən yeni bir dövr başladıb.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 8 943
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri