Bakcell Beynəlxalq Sahilyanı Təmizlik Günündə iştirak edib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 660
Paylaş:
Səs ver:
(səs: 0)
Azərbaycanın ilk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, 500-dən çox qazlı və qazsız içki brendi ilə dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətinin sentyabrın 20-də keçirdiyi Beynəlxalq Sahilyanı Təmizlik Gününə qoşulub.

Beynəlxalq Sahilyanı Təmizlik kampaniyası "Ocean Conservancy” (Okeanların Mühafizəsi) təşkilatının yaratdığı qlobal ekoloji hərəkatdır. Bu aksiya "insanların tulladıqlarını insanlar yığmalıdır” ideyasına əsaslanır.
Hər il sentyabr ayının 20-də keçirilən bu aksiya Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən iri miqyaslı könüllü hərəkatıdır. Coca-Cola şirkəti artıq 19 ildir ki, hər il bu aksiyaya qoşulur.
Buzovna çimərliyində keçirilən aksiyada hər iki şirkəti, müxtəlif gənclər təşkilatlarını və universitetləri təmsil edən 400 nəfərə yaxın könüllü iştitak edib və çimərlik sahəsindən 2 tondan atrıq tullantı yığılıb. Coca-Cola və Bakcell əməkdaşları təmizlənən ərazilərdən topladıqları tullantıları qeydə alaraq məlumatı "Ocean Conservancy” təşkilatına göndərəcək. Həmin məlumatlar isə dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunacaq.

Bakcell ilə yanaşı, EcoSfera qeyri-hokümət təşkilatı, Friday.az informasiya və əyləncə portalı, və AUUKA təşkilatı da bu təşəbbüsə qoşulub. Milli Olimpiya Komitəsi, ADA Universiteti, Təmiz Şəhər ASC, Youthİnc gənc sahibkarlay proqramı və ALLmag gənclər jurnalı bu aksiyanın daimi iştirakçılarındandır.

Kampaniya "Topla, Təmizlə, Fərqi Gör” şüarı altında keçirilib. Bütün iştirakçılar nəqliyyat, geyim və əlcək, qidalanma və digər lazımi ləvazimatlarla təmin olunublar.

Ötən 4 il ərzində bu aksiya nəticəsində Xəzər dənizinin 26 hektar sahil zolağından 10 ton məişət tullantısı toplanıb. Dünyada 650 000 nəfərdən artıq iştirakçı Coca-Cola ilə birlikdə 20 000 km dəniz zolağını tullantılardan təmizləyiblər.
Korporativ sosial məsuliyyətli olan Bakcell şirkəti bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekoloji maarifçilik, ətraf mühitin təmizliyi və planetimizin sağlamlığına öz töhfəsini verib.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

"Coca Cola” şirkəti haqqında
"Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke”, "Fanta”, "Sprite”, "Coca-ColaZero”, "vitaminwater”, "Powerade”, "MinuteMaid”, "Simply” və "Georgia Coffee”. Qlobal miqyasda "Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola” şirkəti dünyada TOP- onluğa daxildir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 660
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri