“Connect TV” yeniləndi!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 744
Paylaş:
Səs ver:
(səs: 0)
Artıq 9 AZN-ə 75 yox 105 telekanal ilə xidmətinizdəyik!

Daim yeniliklər ilə bazarın aparıcı efir-yayım xidmətləri göstərən TV operatoru "Connect TV” artıq yeni quraşdırılmış avadanlıqları ilə müştərilərinə xidmət göstərməyə hazırdır. Connect-dən verilən məlumata görə, abunəçilərə daim yüksək keyfiyyətli xidmət göstərən şirkət bunun üçün dünyada istifadə olunanən son avadanlıq və texnologiyalardan istifadə etmişdir. Yeni TV şəbəkənin qurulması ilə bir çox imkanlar və üstünlüklər yaranmışdır:

- TV qəbuledicinin çıxışında rəqəmsal və HD çıxış dəstəyi,
- Multifunksional menyu: oyunlar, uşaqlardan bəzi kanalları gizləmək, balansa nəzarət etmək, programlara baxmaq (EPG) və proqramların yazılması və vaxta görə sazlamaqla verilişləri yazmaq və yenidən baxmaq;
- Yaddaş kartından(Flash card) istifadə etməklə şəkillərə baxmaq, musiqi dinləmək (MP3), yazılmış filmləri və verilişləri izləmək,
- Yenilikləri teleekranda SMS vasitəsilə abunəçilərə çatdırılmaq və s.

Bundan əlavə, tətbiq olunan yeni texnologiya abunəçilərə daha keyfiyyətli səs və görüntü effekti ilə daha çox telekanala baxmaq imkanı vermişdir. Bu imkanları abunəçiyə təqdim etmək üçün yeni TV qəbuledicilər artıq abunəçilərə və yeni istifadəçilərə güzəştli şərtlərlə təklif olunur. Bundan əlavə, yeni TV sistemə qoşulmaq arzusunda olanlar üçün "Yeni Connect TV-yə Xoş Gəldin Kampaniyası” da artıq başlamışdır. (Kampaniyalar haqqında ətraflı məlumatı www.connect.az internet səhifəsindən öyrənə bilərsiniz.)

10.10.2014-01.12.2014-cü il tarixlərdə cari və yeni müştərilər üçün keçiriləcək kampaniyanın şərtləri aşağıdakı kimidir:
1. Cari 60 (dil seçimi ilə 75) telekanal və 90 (dil seçimi ilə 105) telekanal paket abunəçiləri yeni TV şəbəkəsinə keçmək üçün işlək vəziyyətdə olan köhnə TV qəbuledicini təhvil verəcək. Yeni TV qəbuledicini güzəştli qiymətlə - 37 AZN-ə alacaq və abunəçiyə "Xoş Gəldin kampaniyası” olaraq 2 aylıq xidmət pulsuz olaraq təqdim ediləcəkdir. TV qəbuledicisinin quraşdırılması müştərilərə əlavə xərc olmadan Connect şirkəti tərəfindən pulsuz olaraq həyata keçiriləcək.
2. Yeni TV şəbəkəsinə qoşulan yeni abunəçilərə də "Xoş Gəldin kampaniyası” olaraq 2 aylıq xidmət pulsuz olaraq təqdim ediləcək.

Ayrıca abunəçilərimizi qarşıda "Connet TV”-də HD və 3D telekanallara baxmaq, kino və ya veriliş sifariş verilməsi kimi yeniliklər də gözləyir.

"CONNECT" - SİZİ QOŞUR DÜNYAYA!
Kampaniya haqqında ətraflı məlumatı Connect Məlumat Mərkəzindən –tel: 159, www.connect.az internet səhifəsindən və ya www.facebook.com/CONNECT.LTD səhifəsindən əldə edə bilərsiniz.


(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 744
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri