“Bakcell”in “BakuTel 2014” stendi: yeni texnologiyalar, yeni məhsullar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 976
Paylaş:
Səs ver:
(səs: 1)
"Bakcell”in "BakuTel 2014” stendi: yeni texnologiyalar, yeni məhsullar
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "BakuTel 2014” sərgisindəki stendində ən son mobil texnologiyaları, ən son texnologiyaya əsaslanan əyləncəni, eyni zamanda ölkədə gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyi nümayiş etdirir.
Sərgi çərçivəsində Bakcell stendinin ziyarətçilərinə LTE–A  texnologiyası, Azərbaycanda ilk dəfə olaraq "virtual supermarket”, "Bakcell” brendli ALOV və İLK smartfonlarının üstünlükləri, mobil tətbiqetmələrin inkişafına yönəlmiş "Applab” guşəsi və s. təqdim olunur.
Sərgi iştirakçıları bu dəfə də "Bakcell”in tam spektrli LTE xidməti ilə 4G texnologiyasının inteqrasiyasındakı uğurları ilə tanış olacaq, eyni zamanda 4G texnologiyasını mobil cihazlarda, smartfon və planşetlərdə istifadə etmək imkanı qazanacaqlar.

Stendin ziyarətçiləri "Bakcell”in qısa müddət öncə yerli bazara təqdim etdiyi və yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verən  ALOV və İLK smartfonlarını sınaqdan keçirəcək, onun texniki xüsusiyyətləri ilə daha yaxından tanış olacaqlar.

Şirkət öz ənənəsinə sadiq qalaraq bu il də "BakuTel” sərgisinə yenilik gətirəcək. Belə ki, "virtual supermarket” adlanan yeni texnologiya Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən yalnız bu sərginin iştirakçıları üçün nümayiş olunacaq. Ziyarətçilər elektron lövhədə göstərilən və "Bakcell”in Ulduzum sadiqlik proqramının partnyorları tərəfindən təqdim olunan müxtəlif malları SMS və ya QR kod göndərməklə böyük endirimlərlə əldə edə biləcəklər.        

Bakcell şirkətinin gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "AppLab” adlı innovativ mobil developer layihəsi də burada təqdim olunacaq. "AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.
Sərgidə şirkətin, Azərbaycanda İKT-nin ve idmanın inkişafına göstərdiyi dəstəyə həsr olunmuş xüsusi guşə olacaq.
Burada dünyanın ən böyük klublarından olan "Mançester Yunayted” futbol klubu və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda futbolun bütün səviyyələrdə inkişafını dəstəkləyən layihələr barədə şəkillər vasitəsilə məlumat veriləcək, eyni zamanda gənclərin və texnologiyaların inkişafına xidmət edən layihələrdən danışılacaq.  
Bakcell şirkəti öz fəaliyyətində regionların inkişafına ayrıca diqqət yetirir və Azərbaycan futbolun inkişafına xidmət edən bir çox layihələr həyata keçirir.
Azərbaycanda müasir mobil texnologiyaların inkişafını və tətbiqini dəstəkləyən Bakcell, günün nəbzini tutaraq müasir mobil proqram təminatlarının inkişafında yaxından iştirak edir, gənc və istedadlı developerlərə öz dəstəyini verir. Bu məqsədlə Bakcell "Mobile Monday”, "Hackathon”, "Startup Azərbaycan” və "Startup  Weekend” kimi layihələrə dəstək göstərib.  Bu gün isə bu layihələrin məntiqi davamı olaraq Şirkət "AppLab” layihəsini həyata keçirir.   
İlk gündən "BakuTel” sərgisinin iştirakçısı olan Bakcell bu sərginin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına təsirini yüksək qiymətləndirir.

Bakcell əmindir ki, bu sərgi şirkətlərə öz bizneslərini inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaq. "BakuTel” sərgisi telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərlə birbaşa ünsiyyət qurmaq üçün misilsiz imkanlar yaradır.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 


(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 976
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri