Bakcell əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüşüblər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 788
Paylaş:
Səs ver:
(səs: 1)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüş keçiriblər. Görüş zamanı tələbələrə şirkətin fəaliyyəti, tələbələr üçün nəzərdə tutulmuş "Smart Start” təcrübə proqramı, Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab proqramı və gənclər üçün geniş imkanlar yaradan digər f layihələr barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb
"Applab” layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. "Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.

Karyerasına başlamaq və ilkin iş təcrübəsi olmadığı səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulmuş "Smart Start” proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür.Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətlənirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 788
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri