Bakcell Azərbaycanda ən sürətli mobil internet xidməti təqdim edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 324
Paylaş:
Səs ver:
(səs: 6)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti ölkədə ən sürətli mobil internet xidmətini təqdim edir. Ookla şirkətinin Netindex reytinqinə əsasən, Bakcell şirkəti mobil operatorlar arasında mobil data trafikinin sürətinə görə rəqibləri ilə müqayisədə daha yüksək göstəriciləri ilə 1-ci yerdə (13.2 Mbps), ölkənin əsas internet provayderləri (şəhərlərarası və sabit şəbəkə operatorları daxil olmaqla) arasında isə internet trafikin sürətinə görə 3-cü yerdədir (10.41 Mbps sürətlə). Bu reytinq Azərbaycanda İnternet provayderləri və mobil operatorların abunəçilər tərəfindən ən azı 100 dəfə speedtest.net və ya pingtest.net vasitəsilə ölçülmüş statistik indikatorlarının nəticələri əsasında formalaşmışdır.

2011-ci ildə 3G Sür@ xidmətinin istifadəsinə start verildikdən sonra Bakcell şirkəti müxtəlif müstəqil şirkətlər tərəfindən, o cümlədən, Ookla şirkətinin Netindex reytinqinə əsasən həyata keçirilən testlərin nəticələrinə görə ölkədə ən sürətli Mobil İnternet təcrübəsini təmin etməyə başladı.
"Hal-hazırda 2000-dən çox abunəçi Bakcell şirkətinin 4G LTE xidmətini test etmək və Azərbaycanda ən sürətli mobil internetdən istifadə etmək imkanına malikdir. Bakcell şirkətinin təmin etdiyi Mobil İnternet xidmətinin son yüksək nəticələri göstərir ki, Şirkət müştərilərə ən keyfiyyətli mobil data təcrübəsinin təmin edilməsində öz mövqelərini gücləndirməkdədir. Biz hər il şəbəkəmizə investisiya edir, onu təkmilləşdirir və ölkənin aparıcı mobil internet provayderi olmaqda davam etməyə çalışırıq”, Bakcell şirkətinin Baş Texniki Direktoru cənab Yigit Berktaş deyir.

Ookla şirkəti dünya üzrə genişzolaqlı sınaqlar və internet əsasında qurulmuş diaqnostika proqramları sahəsində liderdir. Şirkətin proqram təminatı və metodologiyası genişzolaqlı şəbəkə xidmətləri sənayesi üzrə statistik məlumatların dəqiqliyi, tanınması, istifadə asanlığı və sonrakı inkişafının etalonudur. Xidmətin yarandığı vaxtdan 2015-ci ilə qədər Ookla şirkəti tərəfindən yeddi milyarddan artıq sürət testi həyata keçirilmişdir.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 2 324
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri