Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 978
Paylaş:
Səs ver:
(səs: 6)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti tərəfindən "Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan virtual futbol çempionatının final oyunları keçirilib və qaliblər müəyyən olunub:
1-ci yer Hacı Mirzəməmmədov
2-ci yer Talıb Rzayev

2015-ci ilin fevralında başlayan və Azərbaycanın 8 şəhərində 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən bu çempionat bu günə qədər respublika üzrə gənclərin iştirakı ilə keçirilən ən iri tədbirlərdən biri hesab olunur. 7000 nəfərə yaxın məktəblini əhatə edən bu layihənin əsas məqsədi gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi və sağlam idman rəqabətinin təşviq olunmasıdır.

2015-ci ilin fevral ayından başlayaraq Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Qəbələ, Şəki və Zaqatala şəhərlərinin hər biri üzrə qaliblərin müəyyən olunması üçün hər şəhərdə 130-dan çox oyun keçirilib. Seçimdən müvəffəqiyyətlə keçən uşaqlar arasında şənbə və bazar günləri ümumilikdə 1024 oyun təşkil olunub.
26 aprel 2015-ci il tarixində Bakıdakı H. Cavid parkı, N.Nərimanov parkı, Səməd Vurğun bağı və Sahil bağında qurulan səyyar oyun zonalarında final oyunlar və əyləncə tədbirləri təşkil olunub. Oyunların öncədən elan olunmuş marşrut üzrə hərəkət edən və xüsusi avadanlıqla təchiz olunan avtomobil üzərində keçirilməsi və çempionatın şou şəklində təşkil olunması şəhər sakinlərindəbu tədbirə xüsusi maraq oyadıb.

Çempionatda birinci yeri qazanan iştirakçı Amerika  Birləşmiş Ştatlarına səfər edərək orada "Mançester Yunayted”in oyununu izləyəcək və səfər zamanı şəxsən oyunçularla virtual futbol oynamaq imkanı əldə edəcək.Yarımfinalçılar Alov smartfonları və digər müxtəlif dəyərli hədiyyələrlə təltif olunublar.    

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

 

 

(səs: 6)
Şərhlər: 9
Baxılıb: 1 978
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri