Bakcell “Mançester Yunayted” Yay Futbol Məktəbi üçün seçimlərə başlayır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 082
Paylaş:
Səs ver:
(səs: 2)
"Mançester Yunayted” Yay Futbol Məktəbi üçün seçimlərə başlayır
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası "Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlərin başladığını elan edirlər. Yay futbol məktəbini təşkil etməkdə əsas məqsəd paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarından müvəffəqiyyətlə keçən  8-12 yaş arası (2003,2004,2005,2006 və ya 2007 təvəllüd) 32 gənc iyun ayının 1-dən 6-dək Bakıda, "Bayıl Arena” stadionunda təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək.
Seçimləri prosesini həyata keçirən AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirəcəklər. Seçimlərə qatılmaq üçün heç bir ödəniş tələb olunmur.
Seçim prosesinin təqvimi aşağıda qeyd olunub:

 

Qeydiyyatla bağlı suallar üçün əlaqə nömrələri: 0555119078, 0555119079

Mançester Yunayted Yay Futbol Məktəbinə seçilən uşaqların idman paltarı ilə təminatı Bakcell şirkəti tərəfindən həyata keçiriləcək. Təlimlər "Mançester Yunayted” klubunun Azərbaycana ezam olunmuş məşqçiləri tərəfindən keçiriləcək. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək. Səfərlə əlaqəli xərcləri də həmçinin Bakcell şirkəti öz üzərinə görürür.

"İki il ərzində AFFA və Mançester Yunayted ilə birlikdə təşkil etdiyimiz Mançester Yunayted Yay Futbol Məktəbi bütün gözləntilərimizi qarşıladı. Bu layihəyə olan xüsusi marağı nəzərə alaraq məktəbin davamlı olmasını təmin etməyi özümüzə borc bildik. Bundan öncə seçimdən müvəffəqiyyətlə keçən uşaqlar Mançesterə səfər zamanı da həmçinin yüksək nəticələr nümayiş etdirdilər. Milli operator olaraq bütün bu nailiyyətləri qürur mənbəyimiz kimi qəbul edirik. Mən daxil olmaqla, bu layihənin həyata keçirilməsində rolu olan hər bir şəxs əmindir ki, Azərbaycanlı uşaqlarda olan böyük potensial gələcəkdə milli futbolun daha yüksək nəticələr əldə etməsi üçün əvəzolunmaz zəmindir” deyə Bakcell şirkətinin baş icraçi direktoru Riçard Şirer bildirib.

Elxan Məmmədov (AFFA-nın baş katibi): "Bakıda "Mançester Yunayted” Yay Futbol Məktəbi üçün seçim prosesi artıq ardıcıl olaraq üçüncü dəfədir ki, təşkil olunur və bu, bizi çox sevindirir. Ötən iki il ərzində bu layihə çərçivəsində görülən işlər, qeydiyyat, seçim proseslərinin və təlim-məşq toplanışının yüksək səviyyədə təşkili, uşaqların bu layihəyə böyük marağı Azərbaycanda futbolun kütləviliyi ilə bağlı görülən işlərin müsbət nəticəsidir. Bu istiqamətdə AFFA, Bakcell şirkəti və "Mançester Yunayted” Yay Futbol Məktəbinin qarşılıqlı əməkdaşlıq mühitində fəaliyyəti təqdirəlayiqdir.
Layihənin ilk ilində biri qız olmaqla 6, növbəti il isə 5 nəfər istedadlı uşaq təlim-məşq toplanışında daha yaxşı göstəricilərə malik olduğunu nümayiş etdirərək Mançester şəhərinə səfər etmək və Denston kollecində məşqlər keçmək, həmçinin "Mançester Yunayted” Futbol Akademiyası, əfsanəvi "Old Trafford” stadionu ilə tanışlıq şansı qazandılar.
İnanıram ki, budəfəki təlim-məşq toplanışı da yüksək səviyyəsi ilə diqqəti cəlb edəcək, yenə də xüsusi istedad və bacarığa malik uşaqlar Mançesterə vəsiqə qazanaraq təcrübələrini artırmaq imkanı əldə edəcəklər”.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 082
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri