Bakcell daha yüksək sürətli mobil internet xidmətini istifadəyə verir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 347
Paylaş:
Səs ver:
(səs: 3)
Bakcell  daha yüksək sürətli mobil internet xidmətini istifadəyə verir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 5 may 2015-ci il tarixində özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.



4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər.



"Biz Bakcell abunəçilərinə ən yüksək keyfiyyətə malik 4G LTE xidmətlərini təqdim etməkdən  qürur duyuruq. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, abunəçilərimiz "Bakcell”in bazarda ən yüksək keyfiyyətə malik və ən yaxşı qiymət təklifi təmin edən 4-cü Sür@ xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların  sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini istifadəyə vermək üçün indi ən münasib vaxtdır” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.



Bakcell şirkətinin təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar. Şəbəkə resursu serverinin məhsuldarlığı (istifadəçinin məzmun yüklədiyi server), istifadəçinin yerləşdiyi məkan, gün ərzində istifadə olunduğu vaxt və şəbəkənin yüklənmə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq, Bakcell şirkətinin 4-cü Sür@ xidməti digər mobil internet xidmətləri ilə rəqabət aparmaq üçün aşağıdakı faydaları təmin edir:



Bakcell daha yüksək sürətli mobil internet xidmətini istifadəyə verir


 

"İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq, lakin bizim planlarımıza bu şəbəkənin sürətlə genişləndirilməsi daxildir, belə ki, şəbəkə yüksək tələbatın və 4G texnologiyasını dəstəkləyən cihazların kifayət qədər olduğu bütün əraziləri əhatə etməlidir” deyə, cənab Şirer əlavə edib.
Hazırda 4G LTE şəbəkəsinin əhatə dairəsini bu linkdəki xəritədə görə bilərsiniz: http://www.bakcell.com/az/4-cu-sur

Bakcell bazarda smartfon istifadəçiləri üçün 4G xidmətini təklif edən ilk operatordur. Smartfon istifadəçiləri təklif olunan müxtəlif variantlardan birini seçə bilər ki, bunlardan da ən əlverişlisi ayda cəmi 10 AZN-ə 3GB həcmində 4G xidməti təklif edən xüsusi kampaniyadır.

Noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün Bakcell şirkəti 60 AZN-ə üç aylıq 45GB yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Bu xidməti seçən bütün abunəçilərə məhdud dövr ərzində pulsuz LTE modemi hədiyyə olunacaq.

Planşet istifadəçiləri də əlverişli təklifdən faydalana bilərlər: ayda 15 AZN ödəməklə 10GB həcmində 4G mobil internet, üstəgəl pulsuz 4G SIM kart.

Kommersiya təklifləri barədə daha ətraflı məlumat almaq üçün http://www.bakcell.com/az/4-cu-sur səhifəsinə daxil olmağınız xahiş olunur.

Məlumatötürmə sürəti 150 Mbit/s-ə çatan Bakcell şirkətinin LTE xidmətindən artıq 2-3 aydır ki, 4000-dən yaxın abunəçi faydalanır. Onlardan bəziləri bu xidmətlə bağlı öz fikirlərini bölüşürlər: http://ikt.lent.az/news/197682; http://ikt.lent.az/news/197852; http://ikt.lent.az/news/197891

Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında 4G mobil internet xidmətindən istifadə edən ən çox abunəçi sayına malik olduğunu tam əminliklə iddia edə bilər. Şirkətin keyfiyyət və innovasiyalarla bağlı məsələləri daim diqqət mərkəzində saxlaması onun bu seqmentdə dayanıqlı lider mövqeyini qorumasını təmin edəcək.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


 



 



 



 




(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 347
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri