“Bakcell”in Ulduzum sadiqlik proqramı telekommunikasiya sahəsində...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 351
Paylaş:
Səs ver:
(səs: 1)
"Bakcell”in Ulduzum sadiqlik proqramı telekommunikasiya sahəsində "Ən yaxşı istehlakçı xidməti”dir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Ulduzum sadiqlik proqramı Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində "Ən yaxşı istehlakçı xidməti” adına layiq görülüb.

14 sentyabrda Dubayda keçirilmiş nüfuzlu "Telecoms World Middle East Awards 2015” mükafatının təqdimetmə mərasimində "Bakcell”in Ulduzum proqramı "Telecoms World” təşkilatı tərəfindən 5 finalçı arasında birinci yerə layiq görülüb.

Müsabiqə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrinin müxtəlif ölkələrindən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil edən 250 namizəd arasında keçirilib.

"Biz bu mükafata layiq görülməyimiz və 250 telekommunikasiya şirkəti arasında birinci yeri tutmağımızla fəxr edirik. Bu fakt sübut edir ki, "Bakcell”in Ulduzum proqramı təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bu isə həm də dünyada ən yaxşılardan biri deməkdir. Biz inanırıq ki, bu, hələ başlanğıcdır, Ulduzum Bakcell abunəçiləri üçün ən yaxşı müştəri təcrübəsi olmağa davam edəcək, daha da təkmilləşəcək və gələcəkdə bir çox mötəbər mükafatlar qazanacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

"Ən yaxşı istehlakçı xidməti” mükafatı ilə təltif olunması Bakcell üçün daha bir uğur hekayəsidir. Şirkət müştəri ehtiyaclarının düzgün başa düşülməsi, göstərdiyi xidmətlərin və müştərilərinin ümumi təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində çox işlər görür.

1 milyon 400 nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərimizin və və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq edən ən uğurlu və populyar loyallıq proqramlarından biridir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.

"Telecoms World Middle East Awards 2015” və onun qalibləri barədə daha ətraflı məlumatla http://www.terrapinn.com/conference/telecoms-world-middle-east/C58283.stm səhifəsində tanış ola bilərsiniz.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 351
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri