“Futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində “Bakcell”in dəstəyilə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 022
Paylaş:
Səs ver:
(səs: 0)
"Futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində "Bakcell”in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə "Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsinə yekun vurub.

İki ay davam edən layihənin sonunda iştirakçılara sertifikatlar verilib. Layihə müddətində təlim və tapşırıq sessiyalarında ən aktiv şəkildə iştirak edən jurnalist-aparıcı Kənan Hakimov isə Böyük Britaniyanın Mançester şəhərində bir həftəlik səyahət paketi ilə mükafatlandırılıb.

Layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaq idi. Xüsusi təlim proqramı sayəsində iştirakçılar futbol xəbərlərinin auditoriyaya daha yaxşı şəkildə çatdırması üçün müasir medianın üstünlükləri barəsində məlumatlandırılıb və praktik məşğələlər vasitəsilə yeni biliklər əldə ediblər.

Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər, multimedia üzrə təlimlər isə yeni media üzrə ixtisaslaşmış britaniyalı təlimçi Den Meyson (Dan Mason) tərəfindən keçirilib.

15-dən çox futbol reportyorunun qatıldığı təlimlərdə iştirakçılara "Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, "Peşəkar futbol şərhçiliyi”, "Multimediadan düzgün istifadə” və s. kimi digər önəmli mövzular haqqında danışılıb. Birinci təlim sessiyasının sonunda Milli yığmanın baş məşqçisi Robert Prosineçki, Millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini bölüşərək təlimə xüsusi maraq qatıblar.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 022
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri