Gürcüstanın mineral suları: SXALTUBO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 11 977
Paylaş:
Səs ver:
(səs: 6)


Demək olar ki, bütün gürcü xalq nağıllarında yaraları sağaldan və gücü qaytaran dirilik suyunun adı çəkilir. Yaşlı insanlar həmin nağılları oxuyarkən bu cür suyun mövcudluğunu şübhə altına alır. Lakin həmin su heç də uydurma deyil, və onun mənbəsini belə tapmaq mümkündür, məsələn elə Sxaltubada. Sxaltubanın mineral suyunun nadir kimyavi tərkibi var: bu suyun tərkibində radioaktv və ya digər zərərli elementlər, palçıq və qatışıqlar yoxdur; onun yaşı isə təxminən 100-150 min il təşkil edir. Sxaltuba Gürcüstanın ən qədim kurortu hesab edilir. Burdakı suyun müalicəvi xüsusiyyətləri haqqındakı yazılar XII-XIII əsrlərə aiddir. Müasir balneoloji kurort kompleksinin inkişafı isə 1926-ci ildə başlamışdır ki, elə həmin vaxtda burada ilk qonaq evləri və müalicəvi korpus inşa edilmişdir.

50-ci illərdə Sxaltubada 19 sanatoriya və pansionat, müalicəvi vannalarla doqquz kompleks, kurort parkı, Kurortologiya və Fizioterapiya Elmi Tədqiqat Institutunun filialı tikilmişdir. Şübhəsiz ki, son 30 il ərzində bu kompleks əvəzedilməz itkilər verib, amma yüksəliş başlayıb və artıq bu gün üç və ya dörd-ulduzlu oteldə qalıb təmirdən yenicə çıxmış müalicə zallarındakı ən son avadanlıqlardan istifadə etmək olar.

Vanna otaqlarının yerləşdiyi mənbələr azradonlu (2-22 Maxe), azotlu və termaldır (34-35dərəcə). Onlar sulfatlı-hidrokarbonatlı-xloridlı, kalsiumlu-maqneziumlu turş (ph 7,2) su sinfinə aiddir. Həmin su son dərəcə sabit kimyəvi tərkibə malikdir və aşağı dərəcəli minerallaşması var. Onlar bədənin həyat fəaliyyətində mühüm rol oynayan bioloji cəhətdən fəal mikroelementlərlə zəngindir: yod, brom, manqan, litium, bor, sink, stronsium, mis. Müalicə zamanı suyun tərkibində olan təbii qazlardan da istifadə olunur: azot, radon, helium, arqon. Mənbə sularını vanna, suvarma və inhalyasiya üçün də tətbiq edirlər. Sxaltubanın balneoloji sanatoriyasında özünəməxsus vanna hazırlama üsulu tətbiq olunur: yeni su daima vannalara axır və bütün prosedur boyunca eyniləşir. Hazırda sanatoriyanın üç hövzəsi və təxminən 50 vannası var.

Qeyd etmək lazımdır ki, qonaqlar müalicə mərkəzində deyil məhz onlar üçün nəzərdə tutulmuş bir neçə sanatoriya və otellərdə qalır. Biz rahat otaqları və səmimi abu-havası ilə bizi qarşılayan Tskaltubo Spa Resort 4* otelində yerləşdik. Müalicə prosedurlarından keçmək üçün oteldən sanatoriyanın binasına gündə iki dəfə pulsuz transfer təşkil edilmişdir. Bütün müalicə proqramları sanatoriyada fərdi şəkildə hazırlanır və 10-21 günlük müddət üçün nəzərdə tutulur. Məhz prosedurlardan öncəki və sonrakı uyğunlaşma müddətini əhatə edən 20-günlük proqram əla müalicə kursuna zəmanət verir. Bunu nəzərə alaraq oteldə yaşayış və müalicəvi prosedurlar üçün xüsusi paketlər hazırlanmışdır.

Sxaltubo ətrafındakı karst mağaralarının müalicəvi və quru havası var. Məsələn, Kumistavi kimi də tanınan Prometey mağarasını ziyarət etdikdən sonra valehedici təəssüratlarla qalacaqsınız. Bu, nəinki təbiət abidəsi, həm də yeraltı sularda qayıqnan gəzmək imkanlı və işıq-səs şoulu düşünülmüş turizm attraksionudur. Mağaranın ümumi uzunluğu 11 kilometrə yaxındır; ziyarətçilər üçün 1,5 kilometrlik bir ərazi nəzərdə tutulub ki, onu da gəzib-baxmaq üçün ən azı iki saat lazımdır. Burada havanın daimi temperaturu 15-17 dərəcədir. Duzlarla zəngin havanın tozluluq və bakterial çirklənmə dərəcəsi çox aşağıdır, ona görə də bu hava hətta uzun sürməyən səfər zamanı xroniki bronxial astma, stenokardiya, hipertoniya, nevroz və xroniki pnevmoniyaya duçar qalmış insanlara müsbət təsir göstərir.




Sxaltuba balneoloji kurortu hərəkət orqanları, qan dövranı və sinir sistemi xəstəliklərinin müalicəsinə istiqamətlənir. Onu da qeyd etmək lazımdır ki, burada qida mübadiləsinin pozulması və endokrin sistemi xəstəliklərinin terapiyası da xüsusi nəticələr verir. Məsələn, burada ilkin və alimentar-konstitusional piylənmənin, tireotoksikozun və diabetin müalicəsi üçün müvafiq proqramlar işlənib hazırlanmışdır. "Suyun zəngin olduğu kalsium və maqnezium ionları damar tonusunun tənzimlənməsində birbaşa iştirak edir, əzələlərin boşalma və gərginləşmə prosesini yaxşılaşdırır və digər prosedurlarla birgə bədənin gəncləşməsinə və normal qida mübadiləsinin bərpasına, zərərli şlakların və zəhərlərin bədəndən çıxarılmasına yardım edir. Mineral vanna qəbulu dəri qatlarındakı qan dövranını gücləndirir ki, bunun da sayəsində onların qidalanması yaxşılaşır və bərpa prosesləri tez və daha effektiv həyata keçir. Müxtəlif masajlar, hidrokolonoterapiya, pəhriz terapiyası, peloidoterapiya (palçıq terapiyası) çəkini qısa zaman kəsiyində və zərərsiz şəkildə azaltmağa yardım edir; ətrafdakı otellərin idman infrastrukturu isə əldə edilən nəticələri daha da möhkəmləndirməyə imkan verir. Müalicə mərkəzində Rusiya və xarici ölkələrin istehsalı olan tamamilə yeni avadanlıqlar quraşdırılmışdır. Bir çox prosedurlar yalnız cari ilin əvvəlindən tətbiq edilməyə başlanmışdır. Otaqların əksər hissəsi təmir olunub. Qeyd edim ki, bəzi vannaları olduğu kimi saxladıq, çunki bəzi qonaqlar məhz keçmiş illərdə bu kurortlarda istirahət etmiş sabiq hakimiyyət nümayəndələrinin istifadə etdikləri vannaları qəbul etmək istəyir.”, deyə 6 saylı vanna binasının (Stalin mənbəsi) baş həkimi Mziya Jorjoliani qeyd edir.

Müalicə proseduru kursuna parkda gəzintilər də daxildir. Ətraf təpələri həmişəyaşıl kolluqlarla örtülmüş fıstıq meşələri ilə əhatə olunmuşdur; kurort parkında təxminən 100 növ subtropik flora nümayəndəsi təqdim olunub. Həkimlər müxtəlif diaqnozlar üçün uzunluğuna və mürəkkəbliyinə görə müxtəlif marşrutlar hazırlayıb. Parkın ərazisində bir neçə müalicəvi və içməli mineral, kimyavi və s. su mənbələri var. Yerli mineral suyunda olan radon və sulfid birləşməsi mikrob və intihablara qarşı mübarizə aparmaqla yanaşı həm də bərpaedici xüsusiyyətlərə malikdir ki, bu da dəri və saç xəstəliklərini müalicə etməyə imkan verir. Burada həmçinin allergiya, psoriaz, neyrodermit, ekzemanı, dazlaşma kimi xəstəliklər də uğurla müalicə olunur.

(səs: 6)
Şərhlər: 4
Baxılıb: 11 977
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri