Gürcüstanın mineral suları: SAIRME

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 931
Paylaş:
Səs ver:
(səs: 3)
Zurab Abaşidzenin rəhbərliyi altında fəaliyyət göstərən "Sairme" kurortu unudulmaz istirahət və müalicə təklif edir. Sairmenin təbii karbon qazılə zəngin mineral suları yerin dərinliklərindən çıxır. Nadir kimyavi tərkibli (kalsium, natrium, dəmir, maqnium ilə zəngin) Sairme suyunun aşağı dərəcəli minerallaşma və bioloji fəal elementləri var. Bütün bunlar həmin suyu qaraciyər, mədə-bağırsaq traktı (qastrit, xora), böyrək, öd kisəsi, böyrək iltihabı və sistitin müalicəsi üçün istifadə etməyə imkan verir.



Sairme mineral suyun istifadəsi bədənin immun sistemini və əqli fəallığı artırır, qida mübadiləsinə yardım edir (diabet, podaqra, piylənmə), skleroz proseslərinin inkişaf riskini azaldır, bədənin həzm sisteminə, damar və beyin inkişafına da müsbət təsir edir. Sairme müalicəvi suyun iki növü var. 1 və 3 saylı mənbələrdən çıxan birinci qrup suyu kimyəvi tərkibinə görə karbon qazlı hidrokarbonatlı-natriumlu-kalsiumlu mineral sular növünə aiddir, 4 və 5 saylı mənbələrdən çıxan ikinci qrup suyu isə karbon qazlı hidrokarbonatlı-natriumlu sular növünə aiddir.



1 saylı mənbənin suyu böyrək xəstəlikləri üçün istifadə edilir. O, həmçinin öddə səfranın əmələ gəlməsini sürətləndirir və öd kanallarındaki intihab proseslərinin səngiməsinə yardım edir. 3 saylı mənbənin suyu ilə birlikdə onu sidik orqanlarının və öd kisəsi xəstəliklərinin müalicəsində istifadə edirlər. Sairme suyu daşları parçalayır, bədəndə daşların formalaşmasına səbəb olan duzları çıxarır. Bu su həmçinin daş və duzun hərəkət etməsindən irəli gələn intihab proseslərini də yavaşladır. Daşların cərrahi əməliyyatla çıxarıldıqdan sonra Sairme sularını profilaktika tədbirləri məqsədilə də istifadə edirlər. 1 və 3 saylı mənbələrin suyu sidik kisəsi və sidik kanallarının xəstəlikləri zamanı istifadə edilir. Su ilə yuyulmalar da əla nəticə verir. 2 və 4 saylı mənbələrin ilıq suları ilə yuyunma nəticəsində öd kisəsi və onun kanalları daş və şlaklardan azad olunur. 3 saylı mənbənin suyu ilə xronik qastrit, xroniki kolit, onikibarmaq bağırsağın xorası müalicə olunur. Həzm orqanlarının xəstəlikləri zamanı 3, 4 və 2 saylı mənbələrin suyu istifadə olunur. 3 və 4 saylı mənbələrin suyu xronik xolesistitin müalicəsi üçün tövsiyə olunur. Sağlamlığa faydalı olmaq yanaşı Sairme suları əla dad keyfiyyətləri ilə də seçilir

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 931
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv