Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti Yeni İldə öz abunəçilərini xüsusi kampaniya ilə
sevindirir: eyni qiymətə ikiqat həcmdə gündəlik mobil internet fürsəti.
Kampaniya
çərçivəsində, Bakcell şirkətinin abunəçiləri eyni qiymətə, yəni gündə
0.20 AZN ödəməklə əldə etdikləri 50MB internet trafikinə əlavə olaraq
50MB bonus almaq imkanına malik olacaqlar (50MB + 50MB). 50MB bonus gün
ərzində, səhər saat 6:00-dan axşam saat 18:00-dək etibarlıdır.
Kampaniya
davam etdiyi müddətdə 50MB Gündəlik Təkrarlanan İnternet Paketini
aktivləşdirən bütün yeni abunəçilər də 50MB+50MB bonus internet
trafikini əldə edə biləcəklər.
Gündəlik 50MB internet paketinin
qiyməti dəyişməz olaraq qalacaq, lakin abunəçilər öz mobil
telefonlarında musiqi yükləmək, onlayn video izləmək, şəkil yükləyib
paylaşmaq və elektron məktublar göndərmək, ”Facebook”, "Whatsapp” və
sevdikləri digər xidmətlərdən faydalanmaq üçün ikiqat həcmdə internet
trafiki əldə edəcəklər.
"Bu yaxınlarda keçirdiyimiz "ikiqat
trafik” kampaniyası olduqca uğurlu oldu. Abunəçilərimiz bizə çoxsaylı
müraciətlər edərək belə kampaniyaların tez-tez keçirilməsini xahiş
edirlər”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva
bildirib. "Abunəçilərimizin xahişlərini nəzərə alaraq və onların Yeni
İldə mobil internet xidmətlərinə artan tələbatlarını təmin etmək üçün
biz onlara daha çox mobil internet trafiki əldə etmək imkanını təklif
etmək qərarına gəldik. Ümid edirik ki, gündəlik 100MB (50MB+50MB)
internet paketi müştərilərimizin bayram əhval-ruhiyyəsini artırmağa və
sevinc hisslərini öz dostları və yaxınları ilə paylaşmasına öz töhfəsini
verəcəkdir”, deyə Mariya Toyçeva əlavə edib.
Qeyd edək ki, Yeni
İl münasibəti ilə Bakcell şirkəti bu yaxınlarda abunəçilərə limitsiz
şəbəkədaxili danışıq imkanı verən başqa bir kampaniyaya da start
vermişdir. Həmin kampaniya çərçivəsində Bakcell abunəçiləri gündəlik
cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanı əldə
edirlər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.