Bakcell
jurnalistlər üçün növbəti seminar təşkil edib: "Mobil telekommunikasiyalar.
Faza 2”
Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz
18-20 dekabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. Bu
dəfə jurnalistlərdən ibarət qrup Qalaaltı kurort kompleksində toplaşıb. Bu
seminarın məqsədi informasiya və kommunikasiya texnologiyaları həmçinin
ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının
artırılması eyni zamanda mobil telekommunikasiyanın bugünü və gələcəyi,
əşyaların interneti kimi trend mövzular, loyallıq proqramlarının effektivliyi,
müştərilərin mobil operatorlardan gözləntiləri və digər maraqlı mövzular
barəsində məlumatları paylaşmaq idi.
Seminar
zamanı iştirakçılar Bakcell şirkətinin şəbəkə üstünlüyü və müştəri məmnuniyyəti
sahəsindəki nailiyyətləri, eyni zamanda şirkətin telekommunikasiya sahəsində
ölkədə lider mövqeyə sahib olmasına təsir edən digər mühüm aspektlər barədə
məlumatlandırıblar.
Şirkətin
müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu abunəçilərin
mobil operatordan nə gözlədikləri və şirkətin müştərilərin artan gözləntilərini
qarşılaması üçün hansı tədbirlər görməsinin vacib olduğu barədə söhbət açıb.
"Bakcell”in Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayının son bir
il ərzində 61% azalması faktını nəzərə alaraq, xanım Bostancıoğlunun qeyd
olunan dəyişikliyə təsirini izah edən təqdimatı böyük maraqla qarşılanıb.
Yeni texnologiyalar
və keyfiyyətin təmin edilməsi departamentinin rəhbəri Roman İqnatenko Bakcell
şirkətinin ölkədə ən geniş əhatə dairəsi olan ən etibarlı şəbəkəyə malik olması və abunəçilərin operatorun getdikcə daha üstün
rabitə xidmətlərindən yararlana biləcəkləri barədə məlumat verib.
Yeni
məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov öz növbəsində
telekommunikasiya sahəsində trendlər barədə və eyni zamanda getdikcə daha da
populyarlaşan M2M texnologiyaları barədə söhbət açıb.
Əlavə
dəyər xidmətləri, elektron xidmətlər və applikasiyalar yarımbölməsinin rəhbəri
Eçlin Quliyev getdikcə daha çox tələbat duyulan mobil video məzmun barədə, eyni
zamanda müştəri məmnuniyyətinin ən üstün səviyyəyə çatdırılması və abunəçilərin
ən etibarlı şəbəkədən tam şəkildə faydalanması üçün Bakcell şirkətinin gördüyü
işlər barədə məlumat verib.
Müştərilərin
inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov bir müddət öncə Yaxın Şərq, Mərkəzi və
Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində "Ən yaxşı
istehlakçı xidməti” adına layiq görülən Ulduzum proqramı nümunəsində sadiqlik
proqramlarının rolu barədə məlumatı iştirakçılarla paylaşıb.
"Telekommunikasiya
sahəsi çox böyük sürətlə inkişaf edir.
Biz az qala hər gün bu sahədə baş verən yeniliklər haqqında eşidirik. Artıq ikinci ildir
ki, "Mobil telekommunikasiyaya giriş” adlı xüsusi təlim
proqramı vasitəsilə bu sahədə yazan jurnalistlər
üçün seminarlar təşkil edirik. Burada
haqqında danışdığımız hər bir mövzu mətbuatda telekommunikasiya ilə bağlı
yazılanların təhlili, eyni zamanda Bakcell komandası ilə jurnalistlərin
müzakirələri zamanı meydana çıxır. Biz, şirkət olaraq telekommunkaksiya haqqında
yazan jurnalistlərin daha çox məlumatlı olmasını istəyirik. Seminarlardan
sonraki qiymətləndirmə göstərir ki, bu sahədə trend olan mövzular auditoriya
tərəfindən çox yaxşı mənimsənilir”,
deyə Bakcell şirkətinin korporativ kommunikasiya
bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.