Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər
İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində həyata
keçirdiyi ƏlfəCIN adlanan intellektual layihəsinin ilk ilinə yekun
vurub.
ƏlfəCIN layihəsinin əsas məqsədi intellektual oyunlar
hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə
nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə
yeni uğurlarına yol açmaq, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramının icrasına ictimai və biznes sektorunun töhvəsini təmin
etmək idi.
ƏlfəCIN layihəsi çərçivəsində son bir il ərzində
Bakcell və Xəzər İntellektual Gənclər Klubu yeniyetmə və gənclər üçün
intellektual oyunlar üzrə bir çox turnirlər təşkil ediblər. Onlar
arasında hər il ənənəvi olaraq təşkil olunan Ağıl Oyunları Festivalı,
Azərbaycan Kuboku, Azərbaycan Superkuboku, İntellekt Marafonu Festivalı
və digər yarışları qeyd etmək olar.
Bu layihədən Azərbaycanın 18
regionu daxil olmaqla ümumilikdə 12.000-ə yaxın yeniyetmə və gənc
faydalanıb. Layihə çərçivəsində intellektual oyunlar üzrə 15-dən çox
turnir təşkil olunub. ƏlfəCIN layihəsi biznes, dövlət və ictimai
sektorun birgə səyləri nəticəsində geniş kütləyə çatdırılıb və gənclərin
maarifləndirilməsində önəmli sosial hadisəyə çevrilib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.