Bakcell yeni internet əyləncə portalını istifadəyə verdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 196
Paylaş:
Səs ver:
(səs: 1)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni internet Əyləncə portalını istifadəyə verdiyini böyük məmnuniyyətlə elan edir. Bu yeni portal "Qoş və Coş” brend adı altında istifadəyə verilmiş ikinci xidmət olacaq.

İstifadəyə verilən bu yeni portalın məqsədi onlayn istifadəçiləri müxtəlif xidmətlərlə, o cümlədən, qaynar təkliflər, oyunlar, musiqi, xəbərlər və məsləhətlər, EA oyunlar, M-təhsil, Bakcell futbol mərkəzi, İVR çat və bir sıra digər xidmətlərlə təchiz etməkdir.
Onlayn ziyarətçilər bu yeni internet səhifəsində hava şəraiti haqqında, horoskop, pəhrizlər, sağlamlıq, sevgi və digər mövzulara aid məlumat ala biləcəklər. Bu yeni portal istifadəçilərə lotereya kampaniyaları (Qazandıran SMS, Fantasy Football, Sevincli Anlar) kimi təqdim olunan bir çox xidmətlərdən tam yararlanmaq imkanı verəcək. İstifadəçilər bu portaldan bir kliklə yükləmələr də edə biləcəklər.
Xəbərlər haqqında bildirişlər almaq üçün istifadəçilər portalda öz telefon nömrələrini və SMS vasitəsilə aldıqları təsdiq PİN kodunu daxil edərək portala abunə yazılmalıdırlar. Hər bir xidmət üçün abunə haqqları və şərtləri barədə ətraflı məlumat müvafiq təkliflərin qarşısında təqdim edilib. Portal haqqında daha ətraflı məlumat almaq üçün http://eylence.bakcell.com/a internet səhifəsinə daxil olmağınız xahiş olunur.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 196
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri