Gələcək analar üçün «Super Mama» məktəbi: «Xoşbəxt ana – sağlam uşaq!»

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 699
Paylaş:
Səs ver:
(səs: 1)
Gələcək analar üçün «Super Mama» məktəbi: «Xoşbəxt ana – sağlam uşaq!»
Artıq 3 ilə yaxındır ki, Bakı şəhərində gələcək analar üçün «Super Mama» adlı məktəb uğurla fəaliyyət göstərir. Bu məktəbin əsas məqsədi gələcək analara zəruri biliklər və özünə əminlik aşılamaqdan ibarətdir.

«Xoşbəxt ana – sağlam uşaq!» - bu, təkcə «Super Mama» məktəbinin şüarı deyil, həmçinin hamilə qadınlar üçün nəzərdə tutulmuş həmin məktəbdə ana olmağa hazırlaşan qadınların keçdiyi bütün proqramın əsasıdır.

Uşaq gözləmə təcrübəsi qeyri-adi təcrübədir və hər bir qadının həyatında xüsusi bir dövrdür. Hamiləliyin planlaşdırılmış və ya planlaşdırılmamış olmasından asılı olmayaraq, möcüzənin gözlənildiyi an, şübhəsiz ki, çox gözəl, amma eyni zamanda, çox həyəcanlı andır. Bu, əsasən, uşağın dünyaya gələcəyi anın necə olacağı ilə bağlı qorxu və narahatlıqlarla əlaqədardır və “Mən yaxşı ana ola biləəyəmmi?”, “Övladımı özüm dünyaya gətirə biləcəyəmmi?” “Onu tərbiyə edə biləcəyəmmi?” və s. bu kimi suallarla müşayiət olunur.

«Super Mama» məktəbinin komandası gələcək anaya hamiləliyə savadlı yanaşmağı və doğuşa hazırlaşmağı öyrədir.

«Super Mama» məktəbinin komandasının işi sağlam, xoşbəxt hamiləlik, uğurlu doğuş, ailənin və uşağın ahəngdar inkişafə kimi mükəmməl nəticələrə yönəlib.

«Super Mama» məktəbinin proqramında gələcək analar üçün təqdim olunan kursa pilates, yoqa, massaj, mama-ginekoloqların və neonaoloqların mühazirələri, eləcə də doğuşdansonrakı bərpa prosesi daxildir ki, bu barədə biz aşağıda ətraflı danışacağıq.

Gələcək analar üçün «Super Mama» məktəbi: «Xoşbəxt ana – sağlam uşaq!»

Yoqa və pilates təbii doğuş planlaşdıran bütün gələcək analar üçün vacibdir, çünki məhz kiçik çanağın əzələləri üçün nəzərdə tutulmuş xüsusi kurs və tənəffüs texnikası doğuşda iştirak edən bütün əzələlərin doğuşa hazırlanmasına kömək edir.


Hamiləlik zamanı yoqa ilə məşğul olmağın daha bir faydası şişkinlik, bel və kürək nahiyələrində ağrılar, oturaq sinirinin sıxılması, emosional gərginlik və s. bu kimi geniş yayılmış problemlərin aradan qaldırılmasından ibarətdir. Yoqa kursunda məşğul olmaqla öyrənəcəyiniz düzgün tənəffüs texnikası isə sancılar və bilavasitə doğuş zamanı ağrı hissini azaltmağa kömək edəcək.


Yoqa məşğələsinin sonunda aparılacaq mediasiya isə hər bir gələcək anaya tam sərbəstləşməkdə və müsbət, işıqlı enerjiyə köklənməkdə kömək edəcək.

Pilates məşğələlərinə gəldikdə isə, bu məşğələlər hamiləlikdən qabaq fəal, idmançı həyat tərzi keçirən və hamiləlik dövründə də öz çəkisini nəzarətdə saxlamaq və gözəl fiziki formasını qoruyub saxlamaq stəyən qadınlar üçün tam yararlıdır.


«Super Mama», həmçinin, hər həftə peşəkar və yüksək ixtisaslı mama-ginekoloqların, neonatoloqların, psixoloqların iştirakı ilə ana südü ilə əmizdirmə, doğuş prosesi, doğuş zamanı qorxu və ağrılar, yeni doğulmuş körpəyə qayğı və s. bu kimi mövzularda maraqlı və mühüm mühazirələr keçirir. Mühazirə zamanı hər bir gələcək ana onu maraqlandıran suala ətraflı cavab ala biləcək.

Xoşbəxt ana olmuş qadınlar isə «Super Mama» məktəbində doğuşdansonrakı bərpa kursu keçə bilərlər. Doğuşdansonrakı bərpa kursu kiçik çanağın əzələləri üçün məşğələləri, eləcə də doğuşdan sonra qadın orqanizminin tam bərpasına kömək edəcək xüsusi tənəffüs kursunu əhatə edir.

«Super Mama» ataları da unutmur və onlara sancı zamanı həyat yoldaşını necə dəstəkləməyi və yeni doğulmuş uşaqlara qayğı göstərməi öyrədir.

«Super Mama» «Asan doğuşa doğru uğurlu yol !» arzulayır. Fəaliyyətinin ilk 2 ili ərzində «Super Mama» 250-dən artıq xoşbəxt ananı yola salıb və müasir və savadlı anaların bu cür kursların faydası haqqında bilikləri sayəsində bu göstərici durmadan artır. Onların arasında Siz də ola bilərsiniz!

Məktəbin komandası ilə gələcək analar burada tanış ola bilərlər.

«Super Mama» məktəbi Bakı şəhərinin mərkəzindən – Nobel prospekti, 15, Azure Biznes Mərkəzi,10-cu mərtəbə ünvanında yerləşir.

Daha ətraflı məlumatı www.supermama.az rəsmi saytından, Instagram (@supermamabaku) və Facebook sosial şəbəkələrindən, [email protected] elektron poçtundan və aşağıdakı əlaqə nömrələrinə zəng vurmaqla əldə edə bilərsiniz: +994124886438; +994514334252.





(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 699
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri