Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıdadır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 205
Paylaş:
Səs ver:
(səs: 3)
“Pantene Altın Kelebek Mükafatları” çərçivəsində keçirilən “Pantene Möcüzə Gecəsi”-də iştirak edəcək Neslihan Atagül Doğulunun Bakıya gəlişi ilə bağlı bu gün mətbuat konfransı təşkil olunub.
Pantene-in siması olan Neslihan Atagül Doğulu Pantene ilə iş birliyindən və gələcək planlarından danışıb. Media nümayəndələrinə və bloggerlərə saç baxımı haqqında məsləhətlər verib və hərkəsi “Pantene Möcüzə Gecəsi”-ə dəvət edib.
“Pantene Möcüzə Gecəsi” “Pantene Altın Kelebek Mükafatları” öncəsi keçirilən bir tədbirdir.
Diqqətinizə çatdıraq ki, bu il ilk dəfədir ki, Azərbaycan “Pantene Altın Kelebek Mükafatları”da iştirak edir. Ölkəmiz üçün “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyası ayrılıb. Bu nominasiya üzrə 3 namizəd var: Röya, Miri Yusif və Nigar Camal. İzləyicilər pantenemocuzesi.az saytına daxil olaraq 3 namizəddən birinə səs verərək qalibi təyin edə bilərlər.
“Pantene Möcüzə Gecəsi”-də Neslihan Atagül Doğulu namizədlərimizə dəstək məqsədi ilə iştirak edəcək. Bu tədbirdə izləyicilər Röya, Miri Yusif, Nigar Camalın çıxışı ilə yanaşı müxtəlif şou proqramlar, vizajist və saç stilistlərinin məsləhətləri və digər sürprizlərlə qarşılaşacaqlar.

Bu il Azərbaycandan müsabiqə yolu ilə 6 nəfər Neslihan Atagül Doğulu ilə birlikdə “Pantene Altın Kelebek Mükafatları”-nı izləyə biləcək. Qeyd edək ki, qazananların səyahət xərclərini P&G şirkəti tərəfindən qarşılanacaqdır. Belə ki, bu şanslılardan 4-ü lotereya iştirakçılarından, 2-i isə foto müsabiqə iştirakçıları arasından seçiləcək. Lotereyada iştirak etmək istəyənlər Pantene 3 dəqiqədə möcüzə balzamının satın alaraq, məhsulun özəl kodunu pantenemocuzesi.az saytına daxil edəcəklər. Hər həftə 1 nəfər lotereya vasitəsilə canlı yayımda qalib seçiləcək. Qaliblər Pantene Altın Kelebek Gecəsində izləyici kimi iştirak edərək tədbiri canlı izləyə biləcəklər.
Digər 2 nəfər isə Pantene 3 dəqiqədə möcüzə balzamı ilə şəklini İnstagramda #PanteneMocuzesi həştəqi ilə paylaşanlar arasından Neslihan Atagül Doğulu tərəfindən seçiləcək. Bu xanımlar da canlı olaraq Pantene Altın Kelebek Gecəsini izləyə biləcəklər. Bütün xərclərinə (nəqliyyat, otel, yemək) əlavə olaraq geyim və saç, vizaj məsrəfləri də P&G şirkəti tərəfindən qarşılanacaqdır.
Azərbaycana ilk dəfə gələn Neslihan Atagül Doğulu Pantene-in ən son məhsulu olan 3 dəqiqədə möcüzə balzamını da “Pantene Möcüzə Gecəsi”-də təqdim edəcək. Bu balzam saçı dibindən uclarına qədər yumşaldır və artıq dünyada 25 milyon qadın tərəfindən istifadə edilib. İstifadə edənlər 3 dəqiqədə saçdakı fərqin hiss edildiyini qeyd edirlər.

Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıdadır







(səs: 3)
Şərhlər: 12
Baxılıb: 4 205
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri