Bakcell “Bakutel 2017” sərgisində Azərbaycan developerlərinin ...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 390
Paylaş:
Səs ver:
(səs: 0)
Bakcell şirkəti “Bakutel 2017” sərgisində Azərbaycan developerlərinin uğurlu layihələrini nümayiş etdirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələri nümayiş etdirir. Bakcell şirkətinin “BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində Bakcell şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

“Biz tam olaraq Azərbaycan developerləri tərəfindən yaradılmış bu innovativ mobil tətbiqləri və İT sahəsində digər yenilikləri “BakuTel-2017” sərgisində bizim stendimizi ziyarət edən qonaqlara nümayiş etdirməkdən qürur duyuruq. Bakcell şirkəti daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına çalışır ki, onların istedadlarını bütün dünyaya tanıtsın, onların öz ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələrini tapmalarına kömək etsin. Bizim AppLab akselerasiya və inkubasiya proqramımız fəaliyyətə başladığı vaxtdan aparat vasitələri və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını Bakcell şirkətinə təqdim edib şirkətdən dəstək ala bilirlər. Bizim məqsədimiz yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəmizi verməkdir. Və mən düşünürəm ki, bu nüfuzlu beynəlxalq sərgi onların nailiyyətlərini layiqincə qeyd etmək üçün ən gözəl məkandır”, deyə Bakcell şirkətinin İctimai Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Beləliklə, stendimizin ziyarətçiləri Azərbaycan developerlərinin yaratdığı aşağıdakı ən son innovasiyalarla tanış olmaq imkanına malik olacaqlar:

ARzoom – “tamamlanmış reallıq” (augmented reality) texnologiyasının əsasında layihələşdirilmiş yeni nəsil marketinq və reklam alətidir. Həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə oluna bilən bu çoxfunksiyalı platforma öz sadəliyi və geniş imkanları ilə istifadəçilərin karına gələ bilər. Bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu platformanı istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən bir tərzdə təqdim edə biləcəkdir. Tətbiq aşağıda göstərilən səhifələrdən yüklənilə bilər: https://play.google.com/store/apps/details?id=com.customar.arzoom&hl (Android üçün) və (Android üçün) və ya https://itunes.apple.com/us/app/arzoom/id1224738703 (iOS üçün) və daha ətraflı məlumat üçün:
http://www.arzoom.co/

MoodMusic – bu, diqqəti sırf sizin əhval-ruhiyyənizə və şəxsi zövqünüzə uyğun olan musiqinin paylaşılması, təqib edilməsi və dinlənilməsi üzərində cəmləşdirən yeni bir sosial şəbəkə növüdür. Bu tətbiq istifadəçilərə musiqinin vasitəsilə öz hislərini və əhval-ruhiyyələrini paylaşmalarına kömək edəcəkdir. Tətbiqi aşağıda göstərilən səhifədən yükləmək olar: https://play.google.com/store/apps/details?id=com.hndsfts.moodmusic&hl=ru

Cinemania.az – onlayn kinofilmlər üçün nəzərdə tutulmuş elektron platformadır. Bu, bütün Azərbaycan filmlərinin bir yerdə saxlandığı ilk platformadır. İstifadəçilər bu platformanın vasitəsilə asanlıqla Azərbaycan filmlərinə rus və ya azərbaycan dillərində subtitrlərlə pulsuz baxa bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə sevdikləri filmləri yaddaşda saxlaya, dostları ilə paylaşa və hətta öz şərhlərini qoya bilərlər. Daha ətraflı məlumat üçün: http://cinemania.az/

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra və inkubasiya moduludur.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 390
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
Bakcell abunecisi olaraq sevimli operatoruma ugurlar,daima zirvelerde.
8 dekabr 2017 16:36
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri