“Oğlumuzun 3 yaşı var. Tam sağalmağına şansı olduqca azdır, lakin var...” - FOTO

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 871
Bölmə: Sağlamlıq
Səs ver:
(səs: 1)
Yardıma çağırış.
Bizim redaksiyaya qorxunc diaqnozlu balaca oğlanın atası Araz Yunosov müraciət edib. Musanın 3 yaşı var, həkimlər ona “kəskin linfoblast T-hüceyrələri leykozu” diqanozu qoyublar.
- Həkimlər, kəskin linfoblast T-hüceyrələri leykozun müalicəsinin çətin olduğunu deyirlər. Tam sağalma üçün yalnız 5% ehtimal var. Bizə transplantasiya lazım olacaq ... – körpənin atası bizə dedi. - İndi ilk protokola başlamışıq, bu 40 gün davam edəcək. Hal-hazırda yalnız 13 gün müalicə keçib.



(Foto materialların üzərinə klik etməklə şəkil ölçüsünü böyüdə bilərsiniz)

Hər şey körpəmizin limfaları şişməsi ilə başladı və biz müayiənə üçün həkimə getdik, diaqnozu eşidəndə ilk əvvəl inanmadıq. Bunun sadəcə soyuqlama olduğunu düşündük. Türkiyə, Ankaraya getməyi getməyə qərar verdik, Analizin nəticələrinə görə, həkimlər qoyulmuş diaqnozu təsdiqlədirlər. Maddi problemlər səbəbindən geri qayıtmağa və burada müalicəni davam etdirməyə məcbur olduq. Əvvəlcə bir həftə hematologiyada, daha sonra isə talassemiyada keçirdik. Oğlumuz kimya-terapiya seansları keçir, həkimlər kimya-terapiyanın xəstəliyə təsirini izləmək üçün ayın 31-i sümük iliyi punksiyasını götürəcəklər. Residivin aşkarlanması zamanı, Musanın müalicəsini Türkiyədə və ya Belarusiyada davam etdirməli olacağıq.

Bizim ailəmiz böyükdür, Musadan başqa, iki qızımız var. Bütün ailəni saxlamaq olduqca çətindir. Mən özüm sürücü işləyirəm.
“Oğlumuzun 3 yaşı var. Tam sağalmağına şansı olduqca azdır, lakin var...” - FOTO

Oğlumuzun 3 yaşı var. Tam sağalmağına şansı olduqca azdır, lakin şans var. Hal-hazırda uşaq ödənişli şərtlər əsasında talessemiyada müalicə keçir. Türkiyədə əməliyyat inanılmaz dərəcədə bahadır. Mən məlumat almaqla bağlı Belarusiyada bir sayta müraciət etmişəm. Orada residivsiz müalicə olduğu halda 30 000 dollar, lakin residiv olarsa, 65 000 dollar (110468.74 AZN) qeyd olunub. Əgər transplantasiya zəruri olacaqsa, məbləğ 75 000 dollardan 90 000 dollara kimi artacaq. Bizə körpəmizin həyatını xilas etmək üçün maliyyə dəstəyinə, maddi köməyə ehtiyacımız var.
Aşağıda tibbi sənədlərin və bank rekvizitlərinin skrinlərini dərc edirik.



(Foto materialların üzərinə klik etməklə şəkil ölçüsünü böyüdə bilərsiniz)


Yardım edən hər kəsə Tanrı yar olsun!

Əlaqə məlumatları:
+994 70 348 95 99 (Araz Yunusov, Musanın atası).
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri