Mədə kiçiltmə əməliyyat sonrası qidalanma qaydaları - HƏKİM MƏSLƏHƏTİ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 900
Bölmə: Sağlamlıq
Səs ver:
(səs: 1)

Mədə  kiçiltmə (Qastroplastika) əməliyyatından sonra xüsusilə yemə vərdişləri və məşq kimi müxtəlif həyat tərzi dəyişikliklərinin edilməsi məcburidir.

Bəzi cərrahlar əməliyyatdan sonra xəstələrinə xüsusi bir mədə  diyeti təklif edirlər. Xəstələrdən yağ nisbəti aşağı bəslənmələri və qızartmalardan qaçınmaları istənilir.   Qazlı içkilərdən uzaq dayanılması və spirtdən qətiliklə qaçınılması da əməliyyat əvvəli vacibdir.

Əməliyyat edildikdən sonra, xəstə mədə həcminin çox azalmış olduğunu ağlından çıxarmamalıdır.Xüsusi bir Qastroplastika  sonrası diyetası olmasa da, heç bir zaman əvvəlki qədər çox yeyə bilməyəcəyini bilməlidir.

Əməliyyatdan dərhal sonra

[/b]

Qastroplastika  əməliyyatından sonra ən az bir həftə müddətində  aydın maye-aşağı şəkər diyetasında olunacaq. Su, çay, meyvə çayları, ət suyu,şorbalar istifadə  edilə bilər.

Əməliyyatdan bir həftə sonra

Xəstənin hələ də yumşaq və ya bərk qida almasına icazə verilmir. Qatı qidalar əməliyyat sonrası stepler xəttinin açılmasına  səbəb  ola bilər . Eyni şəkildə maye qidalar, aşağı kalorili və az yağlı suplar, jelelər, zülal içkiləri qəbul edilə bilər. Biz bu dövrdə Ensure (Abbott) kimi cərrahi qidalanma dəstəkləri təklif edirik. Alınan maye qidaların aşağı kalorili və yağsız olmasına diqqət edilməlidir.

Əməliyyatdan 2-5 həftə sonra

Stepler xəttində ayırma riskinə bağlı olaraq xəstələr yalnız püre qidalar almalıdır. Çox qida qəbulu  ağrı və qusmağa səbəb ola bilər. Püre halına gətirilmiş ət, kartof və hər cür meyvə püresi qəbul  edilə bilər. Yenə aşağı kalorili və yağsız olmalarına diqqət edilməlidir. Karbonatlı içkilərin qəbul edilməsi əməliyyatdan sonrakı 1 ay qətiliklə qadağandır. Qatılaşdırılmış meyvə suyu kimi qidalardan da uzaq durulmalıdır.

Əməliyyatdan 6-12 həftə sonra

Artıq yumşaq qidalara keçilə bilər. Pendirlər, blenderdən keçirilmiş yaxşı bişmiş tərəvəzlər, zülallı qidalar qəbul edilə bilər.Qida qəbulu arasında ən az 4-5 saat olmalıdır və hər bir yemek minimum 30 dəqiqədə qəbul edilməlidir.

Əməliyyatdan 4 ay sonra

Xəstə yavaş-yavaş və nizamlı olaraq normal bir diyetə keçə bilər. Ətlər, yumurta, tərəvəz və paxlalılar qəbul edilə bilər. Ancaq düyü, makaron, çörək kimi qidalara 6 aya qədər istifadə etməmək  lazımdır.

Əməliyyatdan sonrakı ilk 2 il ərzində pəhriz 600-800 kaloridə azalmalıdır. İlk il çox kilonun böyük hissəsi veriləcəkdir. Kafi miqdarda kilo itkisi gözlənildikdən sonra kalori qəbulu 1000-1200 kaloriyə çıxarıla bilər.Qastroplastika əməliyyatından sonra pəhriz adamın dözümlülük səviyyəsinə görə fərqliliklər göstərə bilər.Buna görə bəzi qidaların əlavə və ya çıxarılması mümkündür.  Bu gözlənilməsi lazım olan kilo itkisini artırar və təkrar kilo almağa mane olar.

 

Qastroplastika  əməliyyatı keçirən xəstələr həyatları boyunca kiçik miqdarlarda qida ala bilərlər. Ayrıca tikələri çox yaxşı çiynəmələri və udmadan əvvəl tamamilə maye hala gətirmələri lazımdır. Qastroplastika diyetası xüsusi olaraq bəzi qidaları qadağan etmir. Yalnız yüksək kalorili və karbonatlı içkilərdən qaçmaq zəruridir. Ümumiyyətlə bu xəstələr qida ilə mayeni də birlikdə qəbul edə bilməzlər. O səbəblə, maye istehlakının paylar arasında olmasına diqqət edilməlidir.

 

Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55

Mədə kiçiltmə əməliyyat sonrası qidalanma qaydaları - HƏKİM MƏSLƏHƏTİ

 

[/b] [/b][/b][/b][/b][/b][/b]
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 900
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri