Babasil bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir.
Belə hesab olunur ki, dünyada yaşayan 80% insanlarda bu və ya digər formada babasil xəstəliyi var. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.
Digər pozulmalarla yanaşı babasil özünü güclü ağrılarla büruzə verir. Belə ağrılar zamanı ilk tibbi yardım məqsədi ilə bu kimi vasitələrdən istifadə etmək olar:
-Xarici babasil zamanı (genişlənmiş damarlar xaricdən bayıra çıxır) ağrılar xüsusi mazların köməyi ilə aradan qaldırılır.
-Daxili babasil (genişlənmiş damarlar içəridədir) zamanı isə xüsusi şamlardan istifadə etmək olar.
-Çömələrək oturmaq vəziyyəti də ağrıların azalmasına kömək edir.
-Palıd qabığı və çobanyastığı dəmləmələri ilə olan oturaq vannaları və ya kiçik klizmaları da çox yaxşı ağrısızlaşdıran təsir edir.
İstənilən vasitənin istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşin!
Dəyərli sənətkarlarımız öz yaxınlarının sağlamlıqlarını bizə əmanət etdiblər.