Yastıq deyib keçməyin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 870
Bölmə: Sağlamlıq
Səs ver:
(səs: 0)
İnsanların hər biri öz bədən quruluşuna uyğun yastıq istifadə etmək istəyir. Bədən quruluşuna uyğun olmayan yastıqlardan istifadə müəyyən zamandan sonra boyun ağrılarının yaranmasına səbəb olur. Həyatımızın üçdə birini yataraq keçirdiyimiz üçün seçdiyimiz yastıq növü boyun ağrısının yaranmasına mane olmalı və ya boyun ağrısını azaltmalıdır.

Boyun ağrısının yaranmasının əsas səbəblərindən biri uzun müddət boynunuz əyri bir şəkildə yatmağınızdır. Əgər səhər yuxudan durduqda boynunuz ağrıyarsa, bu, yastığınızın boynunuzu və başınızı doğru dəstəkləyə bilmədiyindən irəli gəlir.

Yatarkən doğru mövqedə uzanın
Bir çox insan yatmazdan əvvəl yataqda kitab oxuyarkən və ya televizor izləyərkən baş və boyunlarına düzgün dəstək vermirlər. Boynunuzun ardına çoxlu yastıq qoymaqla başınızı əyərək dik saxlamağa çalışmayın. Əgər bir şey oxuyursunuzsa, qollarınızın bir yerdən dəstək aldığına və başınızın neytral mövqeyini qoruduğuna əmin olun. Yatarkən isə ən gözəl mövqe arxası və böyrü üstə yatmaqdır. Üzüstə yatmaqdan çəkinin. Çünki bu zaman boyun burxulmaları kimi hallar çox tez-tez baş verir.

Düzgün yastıq seçin
Yastıqdan istifadə yönündə aparılan araşdırmalara görə doğru yastığı seçsəniz, yuxunuzun da keyfiyyəti artar və baş-boyun ağrısını azaldar. Əgər böyrü üstə yatırsınızsa, qulağınız və yatağınız arasındakı boşluğu dolduran və başınızı əyməyən bir yastıq seçin. Əgər arxa üstə yatırsınızsa, yastığınızı elə seçməlisiniz ki, başınızı nə geriyə, nə də irəliyə doğru əysin.
Bunları nəzərə alaraq demək olar ki, yastıqların növləri çoxdur və siz yatış tərzinizə uyğun olaraq istənilən birini seçə bilərsiniz. Seçim edərkən də diqqət etməli olduğunuz ən mühüm şey yastığın sizin boynunuzu incitməmyi və sizə dərin, keyfiyyətli yuxu bəxş edə bilməyidir. Əsl diqqət yetirilməli olan şey isə odur ki, yastıq boynunuzu neytral bir mövqedə saxlamalıdır.
Bu baxımdan bir neçə yastığa nəzər salaq.
Ortopedik yastıqlar: Bu cür yastıqlar boyunun təbii qıvrımını qoruması üçün çıxarılan yastıqlardır.

Quş tükü yastıqlar: Əgər allergiyanız yoxdursa, bu tip yastıqlar sizin üçün ən uyğun seçim ola bilər. Bu yastıqlar başınızın şəklini almağa uyğundur və süngər yastıqdan daha yumşaqdır.
Boyun yırtığı yastıqları: Bu yastıqlar dairəvi haldadır. Boyun hissəsindəki təzyiqi yuxu əsnasında azaltmaq və boyunun neytral mövqeyini qorumaq üçün hazırlanıblar.
Su yastıqları: Su yastıqları boyunuza düşən yükü paylayan və azaldan yastıqlardır.
Aparılan araşdırmaların birində iştirakçıların bəzilərində yuxarıda bəhs edilən yastıqlar arasında su yastığına daha çox üstünlük verilmişdir. Su yastığının digər bir gözəl tərəfi də sərtliyini və hündürlüyünü sizin təyin etməyinizdir. Onun içinə nə qədər çox su doldursanız, bir o qədər sərt və hündür olur.
Əgər hər səhər boyun ağrısı ilə oyanırsınızsa və bu ağrıdan xilas olmaq üçün bir şeylər etmək istəyirsinizsə, o zaman özünüzə yeni yastıq almalısınız. Həyatınızın əhəmiyyətli bir qismini yuxuda keçirdiyiniz üçün şirin yuxular görməyin və gözəl dincəlməyin ən əhəmiyyətli yolu yaxşı bir yastığa sahib olmaqla başlayır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri