35 yaşdan sonra yeyilməməsi gərəkən 6 məhsul

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 685
Səs ver:
(səs: 1)
Heyif deyildi 18 yaş? Nə yeyirsən ye, çəki dərdin yoxdur. İçdiyin, yediyin saatlara baxmaz. Ürəyin istədi yeyirsən, ürəyin istəyir yatırsan. Şirin, acı, hətta bəzən alkaqollu, qazlı-şəkərli sular, şirniyyat bolluğu... Bütün bunları dərd etməzdik. Ancaq indi... İndi hər şey daha fərqlidir. Artıq 35 yaşınıza az qalıbsa, demək həyəcan siqnalını çalmaq zamanıdır. Elə qidalar var ki onları 35 yaşdan sonra yemək qəti qadağandır. Niyə? Səbəbini xəbərimizi ətraflı oxuyanda biləcəksiniz.

1. Hot-dog

İlk növbədə təhlükəli qidalarin başında duran "Hot-dog"dur. Məhz Hot-dog qəbul etmək bədənə piy qatını qəbul etməyə bərabərdir. Çünki insan orqanizmi kimyavi qatqısı olan qidaları həzm edə bilmir. Əvəzində onu yağ qatına çevirir.

2. Rəndələnmiş pendir


Əslində pendirin faydası qat-qat çoxdur. Ancaq düşünün ki, pizza sifariş vermisiniz və bildiyiniz kimi pizzanın tərkibinin əsasını rəndələnmiş pendir təşkil edir. Bu isə o deməkdir ki, bir dilim pizza üzərinə 200qramlıq pendir rəngələnir. İndi o 200qramlıq rəndələnməmiş pendiri yeyin görək yeyə biləcəksinizmi? Rəndələnəndə daha çox pendir qatı olur və nəticədə daha çox yağ qəbul etmiş olursunuz.

3. Qazlı-şəkərli içkilər

Bəli Cola kimi təhlükəli içkidən hər kəs dadır. Ancaq necə zərərli olduğunu bilməyiniz vacibdir. İlk növbədə bədəninizi kalsiumsuz qoyur. Bu da öz növbəsində sümük çürüməsinə və diş tökülməsinə səbəb yaradır.

4. Mayonez

Bəli salatlara vurduğumuz və bəh-bəhlə yediyimiz mayonez əslində yağ bazasıdır. Sellülit istəmirsinizsə, mayonezdən uzaq durun.

5. Duz


Gündəlik duz qəbulu vacib olduğu qədər onun miqdarı da vacibdir. Hər gün bir çay qaşığını keçməməlisiniz. Əgər keçsəniz ciyər, böyrək, ürək-damar sisteminin sıradan çıxması mütləqdir.

6. Popkorn


Gözünüzə inana bilmirsiniz? Tamamilə doğrudur-popkorn. Qarğıdalı ayrılıqda çox faydalıdır. Bu danılmazdır. Ancaq popkornun hazırlanmasında istifadə edilən yağ, ədviyyat, dadlandırıcılar ayaqda şişmə, yüksək təzyiq, baş ağrısı, böyrək ağrısı və sellülit bəxş edir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri