Eynək taxmaq istəmirsiz?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 444
Bölmə: Sağlamlıq
Səs ver:
(səs: 0)
Əvvəllər görmə qabiliyyəti zəif olan insanların 2 çıxış yolu vardı: ya eynək taxmaq, ya da gözəllik xatirinə bu əziyyətə alışmaq. Əksər insanlar eynək taxmaqdan utanırlar.Hesab edirlər ki, sağlamlıq üçün taxılan eynək onların xarici görkəmini korlayır. Əslində bu, sadəcə kompleksdir. Müasir dövrdə görmə qabiliyyətinin bərpası üçün ən gözəl faktor kontakt linzalardır. Kontakt linzalar vasitəsilə biz hər şeyi daha dəqiqiliklə görə və ətrafımıza diqqətlə nəzər sala bilirik.Linzaları almadan öncə ilk olaraq həkim-oftalmoloqa müraciət etməyiniz mütləqdir.O,sizin gözlərinizi oftalmorefraktometr adlanan xüsusi cihazla yoxlayıb,linzalardan istifadənin məsləhətli olub-olmayacağını tövsiyyə edəcəkdir.İstənilən bütün hallarda siz öz sağlamlığınızı yalnız mütəxxəssisə etibar edə bilərsiniz.

Eynək taxmaq istəmirsiz?


Linzaların istifadəsi onun sahibinə ilk əvvəllər çox çətin gəlir. Lakin zaman keçdikcə alışqanlıq sayəsində bu, adi hal formasını alır. Kontakt linzaların bir neçə növü var:

-yumşaq növ

-gündəlik dəyişkən növ

-rəngli linzalar

-təkrar linzalar

Hal-hazırda kontakt linzaların bir çoxu yumşaq növə aiddir.Onlar nazik materialdan hazırlanmışdır.Gözlərin rahat nəfəs almasına və hava qəbuluna xüsusilə yardımçıdır.

Gündəlik dəyişkən linzalar özəl hallar üçün nəzərdə tutulub.Yəni həm eynəkdən, həm də linzadan istifadə etmək mümkündür.

Təkrar linzalar günün sonunda yuyulması üçün məhlula qoyulur,səhər isə yenidən istifadə edilməsi normaldır.

Rəngli linzalar isə sadəcə gözəllik eliksiri olub, göz rənginin dəyişdirilməsinə xidmət edir. Bəzən rəngli linzalardan yaxını və uzağı görmək üçün də istifadə olunur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri