Sperma allergiyası nədir?

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 913
Səs ver:
(səs: 0)
Bir çox hallarda partnyorlar arasında cinsi əlaqədən sonra müəyyən narahatlıqlar ortaya çıxır.
Qadınlarda aşınma, qıcıqlanma, qaşınma kimi hallar yaranır. Türkiyəli mütəxəssis Sinan Akkurt məlumat verir ki, sperma allergiyası, cinsi əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərə deyilir.

Əlamətləri vaginada yanma, şişmə, ağrı, qaşıntı, qızartı kimi bilinən klassik allergiya əlamətləri ilə eynidir. Bəzən bütün bədəndə, üzdə, qolda, yaxud ayaqda da allergiya əlamətlərinə rast gəlinir. Bu, daha çox allergik baxımdan həssas olan şəxslərdə olur.

Xüsusilə əlaqə əsnasında və ya əlaqədən sonra qadının vaginasında yaranan şiddətli ağrı, yanma, batma kimi əlamətlər, vaginada aşınma, ağrılı əlaqə kimi hallarda sperma allergiyasından şübhələnmək lazımdır: «Kişi və qadın bədənində hər zaman yad maddələrə və mikroblara qarşı bir baryer mövcuddur. Orqanizmimiz bizi qorumaq üçün bir baryer yaradır. Sperma allergiyası da bu tərz bir baryerdir. Çünki spermanın tərkibində müxtəlif maddələr və protein var. Həmçinin, sürüşkənləşdirici, qidalandırıcı, formalaşdırıcı maddələr də mövcuddur. Bunlar kişi üçün nə qədər təbiidirsə, qadın üçün bir o qədər yad maddələrdir. İmmunitet sistemini hərəkətə gətirən bir reaksiya yaradır. Xüsusilə allergik baxımdan həssas şəxslərdə spermanın tərkibindəki proteinlər allergik reaksiya yarada bilir».

Mütəxəssis deyir ki, sperma allergiyası testi sperma mayesinin içindəki antikor səviyyəsini araşdıraraq həyata keçirilə bilər. Dəri testləri ilə də yoxlanır. Prezervativ istifadə etmək allergik vəziyyətlərin qarşısını alsa da, bu, uşaq istəyən cütlüklər üçün bir çıxış yolu deyil. Müalicəsində immuno terapiyadan istifadə edilir. Yüksək dozalı antikor zamanı isə kortizon istifadə edilir.

Eyni zamanda cütlüklərin orqanizmində olan başqa səbəblər ortadan qaldırılır (infeksiya, candida göbələyi, başqa allergiyalar). Bu müalicələr bitdikdən sonra sperma yumurta ilə qarşılaşdığında hər hansı bir allergiya əlaməti ortaya çıxmır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri