Doğuma nəzaret həblərindən istifadə edilməməsi lazım qlan 24 vəziyyət

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 019
Səs ver:
(səs: 0)
Doğuma nəzarət üsulları arasında ən yayılmış olan üsul doğuma nəzarət həbləri olsa da, bu üsul hər qadın üçün uyğun bir seçim deyildir. Doğuma nəzarət həblərinin qoruma təsiri ehtiva etdikləri xormonlar səbəbiylə istifadəsi halında aybaşı qanamalarını müvəqqəti olaraq dayandırır.

Səhv istifadə nəticəsində bəzi yan təsirləri ola bilər. Bu səbəblə qadına uyğun həblərin istifadəsi üçün mütləq həkim müalicəsi lazımdır. Ayrıca bəzi vəziyyətlərdə də bəhs ettiyimiz üzrə həblərin xormon ehtiva etməsindən ötəri, təlükəli vəziyyətlər ola bilər. Doğuma nəzarət həblərindən istifadə edilməməsi lazım olan 25 vəziyyət aşağıdakı kimidir:

35 yaşdan çox olan və siqaretdən istifadə edən qadınların istifadə etməməsi lazımdır.
Yüksək qan təyziqi problemi olan qadınların istifadə etməməsi lazımdır. Ancaq yüksək təyziq vəziyyəti nəzarət altında isə və həkimin etmiş olduğu müayinə nəticəsində hər hansı bir problemə rast gəlinməmişsə həkim nəzarəti daxilində istifadə edilə bilir.
Ürək və damar xəstəliyi olan qadınların xüsusilə damar tıxanıqlığı problemi olanların və daha əvvəl damar tıxanıqlığı problemi yaşamış olan qadınların qətiliklə istifadə etməməsi lazımdır.
Ürək çatışmazlığı riski olan ya da ürək çatışmazlığı keçirmiş qadınların doğuma nəzarət həbindən istifadə etməməsi tövsiyə edilir.
Beyin damarlarında tıxanıqlıq, iflic keçirmiş ya da risk altında olan qadınların istifadə etməməsi lazımdır.
Trombofili və Antifosfolipid sindromu varlığında doğuma nəzarət həbindən istifadə edilməməlidir.
Trombogenik ürək qapaq problemi olan xəstə qrupunun qətiliklə doğuma nəzarət həblərindən istifadə etməməssi lazımdır.
Trombogenik ürək aritmisi olan qadınların da qətiliklə istifadə etməməsi lazımdır.
Trigliserid yüksəkliyi olan qadınlar doğuma nəzarət həbindən istifadə etməməlidir.
Məmə xərçəngi diaqnozu qoyulmuş xəstələrin qətiliklə doğuma nəzarət həblərindən istifadə etməməsi lazımdır.
Endometrium xərçəng diaqnozu qoyulmuş xəstələrin istifadə etməsində qorxulu vəziyyətlər ola bilər.
Qan xərçəngi xəstələrinin doğuma nəzarət həbindən istifadə etməsi təhlükəlidir.
Kəskin qara ciyər xəstəliyi olan qadınların doğuma nəzarət həblərindən istifadəetməsi təhlükəlidir.
Miyom problemi olan xəstələrin ancaq həkim nəzarətində istifadə etməsi uyğundur. Normal şərtlərdə doğuma nəzarət həblərindən istifadə edilməsi miyomun böyüməsinə səbəb ola bilər.
Hipofiz adenomu vəziyyətində doğuma nəzarət həblərindən həkim nəzarətində istifadə edilə bilər.
Diabetli xəstələrin böyrək və göz kimi diyər orqanlarda problem meydana gətirməsi halında, qətiliklə doğuma nəzarət həbindən istifadə etməməsi lazımdır.
Oraq hüceyrəli qan azlığı problemi yaşayan xəstələrin doğuma nəzarət həblərindən istifadə etməsi qətiliklə qadağandır.
Öd kisəsi daşı, doğuma nəzarət həbinin istifadəsində bir problem yaratmaz. Ancaq doğuma nəzarət həbləri bu problemi hərəkətə keçirə biləcəyi üçün mütləq həkim nəzarətində istifadəsi lazımdır.
Epilepsiya xəstəliyi doğuma nəzarvt həbləri üçün problem təşkil etməz. Lakin epilepsiya xəstəlikləri üçün istifadə edilən dərmanlar, doğuma nəzarət həblərinin qoruma təsirini azalda bilər. Bu səbəblə də hamiləliktən qorunmaq üçün uyğun bir üsul deyildir.
Uzun müddət hərəkətsiz qalmaya səbəb olan böyük cərrahi əməliyyatlarda ya da travmatik hadisələrdə, doğuma nəzarət həblərinin əməliyatdan 1 ay əvvəl buraxılması lazımdır.
Hamilə qadınların qətiliklə istifadə etməməsi lazımdır.
Hemolitik-üremik sindrom xəstələrinin qətiliklə istifadə etməməsi lazımdır.
Səbəbi bilinməyən aybaşı dövrləri arasında kanama yaşayan kadınların kullanmaması gerekir.
Bir xəstəliyə bağlı olaraq istifadə edilən dərmanlarla birlikdə doğuma nəzarət həblərindən istifadə etməmək lazımdır. Bunun səbəi isə, bəzi dərmanlarla doğuma nəzarət həblərinin birlikdə istifadəsi halında qoruyucu təsirini itirməsindən qaynaqlanar.

Doğuma nəzarət həblərindən qətiliklə istifadə edilməməsi lazım olan 12 vəziyyət
Hamiləlik şübhəsi olan və hamilə olan
Səbəbi bilinməyən vaginal qanamalar
Məmə xərçəngi
Damar xəstəliyi
Auralı migreni olanlar
Oraq hüceyrəli anemiya
Trombogenik ürək aritmisi
Laxtalanma meyli
Dərman qaynaqlı yüksək qan təyziqi
Qaraciyər xəstəliyi
Lupus (SLE)
Trombotik trombositopenik purpura xəstəliyi olan qadınların doğuma nəzarət həblərindən qətiliklə istifadə etməməsi lazımdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri