Doğuma nəzarət həbləri və damar tıxanıqlığı riski

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 290
Səs ver:
(səs: 0)
Doğuma nəzarət həblərinin istifadəsinə bağlı olaraq xərçəng riskini hərəkətə keçirdiyi kimi damar tıxanıqlığına səbəb olduğu mövzusunda da edilən müzakirələr davam edir. Lakin doğuma nəzarət həblərinin damar tıxanıqlığına səbəb olduğu mövzusunda sübut edilmiş bir məlumat yoxdur. Ayrıca uzun müddətdir müzakirəsi aparılan bu mövzunun səbələri, nisbətləri və risk grupları hələ tam olaraq aydınlaşdırılmamışdır.

Damar tıxanıqlığı iki cür araşdırılar;
Venöz tromboemboli: Venalarda ortaya çıxan tıxanıqlıq
Arteriel tromboemboli: Arteriya damarlarda, ürək və beyin damarlarında ortaya çıxan tıxanıqlıq olaraq adlandırılır.
Edilən araşdırmalara görə doğuma nəzarət həblərindən istifadə edən qadınlarda venöz və arteriel tromboemboli riskində artım görülmüşdür. Arteriel yəni arteriya, ürək və beyin damarlarında ortaya çıxan tıxanıqlığın, yüksək dozada estrogen ehtiva edən həblərin istifadəsinə, siqaret və hipertansif xəsdələrdə artım göstərdiyi təyin olunmuşdur.

Venöz yəni venalarda ortaya çıxan laxtalanma nəticəsində oluşan tıxanıqlıq, ümumiyyətlə qıçlarda olan venalarda meydana gəlir. Laxtalanma nəticəsində ayrılan hissələrin beynə və ürəyə getmə ehtimalı var. Bu səbəblə iflic riski sözün mövzusu olur. Doğuma nəzarət həblərindən istifadə edən qadınlarda venöz ve arteriel tromboemboli riskinin artdığı fikirləşilir. Bunun yanında doğuma nəzarət həbləri ilə birlikdə siqaret istifadəsi, risk faktorunu daha çox artırar. Bu səbələ 35 yaş və üzəri siqaretdən istifadə edən qadınların doğuma nəzarət həblərindən istifadə etməməsi uyğun görülür. Ayrıca doğuma nəzarət həblərinin estrogen xormonu ehtiva etməsi nəticəsində riskin artdığı fikri, yenə eyni şəkildə xormon ehtiva edən dərmanlar üçün də etibarlı olmaqdadır.

Doğuma nəzarət həblərinin istifadəsinə bağlı olaraq damar tıxanıqlığı risk grupunda kimlər vardır?
35 yaş və üzəri siqaretdən istifadə edən qadınların doğuma nəzarət həbindən istifadə etməsi halında damar tıxanıqlığı riski az da olsa artım gösdərir.
Həddindən artıq çəki (obezite) problemi olan 35 yaş və üzəri qadınlarda damar tıxanıqlığı riski artım göstərir.
Doğuma nəzarət həblərinə bağlı olaraq qadınlarda damar tıxanıqlığı görülmə ehtimalı nədir?
Doğuma nəzarət həbindən istifadə edən qadınların damar tıxanıqlığı riski normala görə 1-4 qat arasında artım göstərir. Lakin cəmiyyətimizdə damar tıxanıqlığı problemi olduqca nadir hallarda qarşı- qarşıya gəlinən bir problem olduğu üçün, doğuma nəzərət həbindən istifadə edən qadınlarda da damar tıxanıqlığı hadisəsiylə nadir olaraq qarşılaşılır. Ancaq edilən müxtəlif araşdırmalara görə təxmini olaraq əldə edilən damar tıxanıqlığı riskinin, doğuma nəzarət həbindən istifadə edən qadınlarda 1-4 qat artdığı şəklində olub, bu artım hər il nizamlı olaraq doğuma nəzarət həbindən istifadə edən hər 100 min qadından 5-ində damar tıxanıqlığına işarət edir.

Doğuma nəzarət həbləri estrogen ve progesteron adı verilən qadınların doğurganlığı üzerində olduqca təsirli olan xormonlarıdan ibarətdir. Bu səbəblə ola biləcək əks təsirləri və hamiləliyə təsiri eyni səviyyədə olmaqdadır. Ancaq həblərin damar tıxanıqlığı kimi digər əks təsirləri, tərkibindəki estrogen miqdarı ilə əlaqəli olmaqdadır. Yəni damar tıxanıqlığı, estrogen miqdarının az olduğu doğuma nəzarət həblərində daha aşağı nisbətdə riskdən ibarətdir. Qısacası riskin artımı, həblərin dozasına və istifadə müddətinə bağlıdır.

Bəzi həblər və iynələr yalnız progesteron xormonu ehtiva edir. Estrogen olmadığı üçün, damar tıxanıqlığı riski yoxdur. Mini həb olaraq adlandırılan bu doğuma nəzarət üsulu ölkəmizdə helə ki yoxdur.

Damar tıxanıqlığı risk faktorları nələrdir?
Aşağıdakı faktorlara görə doğuma nəzarət həbindvn istifadv edən qadınlarda, damar tıxanıqlığı riskinde artış görülə bilir. Bu faktorlar:


Həddindən artıq çəki, obezite
Siqaretdən istifadə
əməliyyat olma
Laxtalanma pozuntusu
35 yaş və üzəri
Damar tıxanıqlığı əhvalatı
Travma
Diabet
Hərəkətsiz qalma
Bədən mayə həcminin azalması
Oraq hüceyrəli anemiya
Sistemik lupus eritematozus
Myeloproliferatif problemlər
İnfeksiya kimi xəsdəliklərdə damar tıxanıqlığı riski artım göstərə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri