Ginekoloji məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 340
Səs ver:
(səs: 0)

Ginekoloji məsləhətlər

İndi isə xanımlarımız üçün daha maraqlı və lazımlı olan evlilikdən öncə ginekoloji məsləhətlər haqda danışacağıq. Evlilikdən öncə dedikdə isə bu əlbəttə bizim və şərq xanımları üçün nəzərdə tutulub, çünki bildiyiniz kimi yalnız şərq ölkələrində, xanımların əksəriyyəti evlilikdən sonra ilk dəfə intim əlaqədə olurlar. Bu isə hər bir xanımın həyatında vacib məqamlardan biridir.

Nəzərə alın ki, bu məqaləni məhz bizim xanımları nəzərə alaraq yazırıq. Bizim xanımların əksəriyyəti, evlilikdən bir neçə ay keçmiş artıq uşaqlarının olmasını istəyirlər, bunu ya özləri, ya qohumlarının təkidi, ya da valideynlərinin nəvə sahibi olmaq istəmələri ilə əlaqələndirirlər.
İlk növbədə uşaq haqda yox, öz sağlamlığı haqda düşünmək lazımdır. Hər iki tərəf sağlam olduqdan sonra isə uşaq dünyaya gətirmək də bir problem yaratmır. Ona görə də ilk növbədə “tibbi müayinə” adlı bölməmizdə olan müayinələrdən keçməyi məsləhət görülür.

Odur ki, əgər ailə quran kimi sizin üçün uşaq dünyaya gətirmək vacibdirsə, ən azından qadın cinsiyyət orqanlarının ultrasəs müayinəsi, xarici müayinə, müxtəlif infeksiyaların olub-olmadığın müəyyənləşdirməlisiniz.

Nəzərinizdə saxlayın ki, hamilə qala bilməmək təkcə xanımın hər hansı bir problemi olduğunun göstəricisi deyil. Yoxlamaya getdikdə hər iki tərəf yoxlanılmalıdır. Bu xüsusilə də bizim “Məndə nə problem olacaq?! Mən sağlam kişiyəm”-deyən, əslində isə bəlkə də “infeksiya mənbəyi” olan orqanizmi ilə xanımını da yoluxduran kişilərimizə aiddir.

Sizə həyatdan götürülmüş, məhz bizim şəhərimizdə baş verən bir hadisə haqda yazmaq istərdim…

Bir xanımla bəy evlənməyə hazırlaşırlar. Xanım özü artıq lazımlı müayinələrdən keçmiş olur. Bunu da öz gələcək həyat yoldaşından tələb edir. Əks cins isə onda heç bir xəstəliyin olmadığını təkid edərək yoxlamadan keçmək istəmir (yuxarıda qeyd etdiyimiz kimi). Xanım isə qəti olaraq bununla razılaşmır. Nəticədə bəyimiz yoxlamadan keçməli olur…

Sizcə nəticəsi??????

Gələcək ailə başçısının sən demə, QİÇS ( rusca SPİD ) xəstəliyinə yoluxduğu aydınlaşdırılır və o buna inanmayaraq xarici bir ölkədə yenidən müayinə keçməyə yollanır, nəticə isə eyni olur…

İndi təsəvvür edin, bu qurulacaq ailənin sonu hansı faciə ilə nəticələnəcəkdi, əgər xanımın təkidi olmasaydı.

Heç birimiz belə hadisələrdən sığortalanmamışıq. Sağlamlıqsa insanın sahib olduğu ən qiymətli dəyərdir. Odur ki, məsləhətlərimizi diqqətdən qaçırmayın.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 9 340
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri