Cinsəl pəhriz haqqında BİLMƏDİYNİZ FAKT: Sən demə..

Müəllif: Onun_Mələyi
Şərhlər: 0
Baxılıb: 360
Paylaş:
Səs ver:
(səs: 0)
Türkiyəli ginekoloq Emre Pabuçcu son illərdə xüsusilə texnoloji proseslərin inkişafı nəticəsində sonsuzluq probleminin aradan qalxdığını deyib. Lakin o, tibb mərkəzlərində bir neçə dəfə süni mayalanma etdirsə də, övlad sahibi ola bilməyən cütlükləri nəzərə alaraq yeni üsulların axtarışını davam etdirdiyini diqqətə çatdırıb.

Qadınla.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ginekoloq Emre Pabuçcu bu barədə son vaxtlarda əldə edilmiş yeni nailiyyətlərdən danışıb. Ginekoloqun sözlərinə görə, süni mayalanmanın alınmamasının bir çox səbəbi ola bilər:

"Ən mühüm amillərdən biri, əldə edilmiş embrionların keyfiyyətidir. Keyfiyyətli embrionun yapışma ehtimalı daha çoxdur. Qadının yaşı və spermanın vəziyyəti də keyfiyyətə təsir edən əsas amillərdəndir.

İki cəhddən sonra heç bir nəticə alınmırsa, keyfiyyətli embrion əldə edilmirsə və yaş problemimiz yoxdursa, spermaya yönəlmək lazımdır. Uğur əldə etmək üçün keyfiyyətli sperma seçmək son dərəcə əhəmiyyət daşıyır".

E.Pabuçcu bildirib ki, genetikası zədəli spermaları təmizləmək çox vacibdir:

"Ən yaxşı spermalar xüsusi komandanın böyütmə üsulları ilə seçilir. Xüsusilə genetikası zədəli spermaları təmizləmək çox vacibdir. Bunun üçün ən az 3 ay müntəzəm dərman istifadə edilməsi lazım ola bilər. Ancaq bizim hazırda üzərində işlədiyimiz və 2017-ci ildə Avropa Çoxalma Konqresində təqdimatını keçirdiyimiz daha bir üsul var: Yumurtaları mayalandırmaq üçün istifadə ediləcək spermaları klassik cinsi pəhriz saxlama müddəti ilə deyil, çox qısa pəhriz nəticəsinə əldə etmək. Beləliklə, saxlanmış və DNT-si zədəli spermalar yerinə, dinamik spermaları istifadə edirik. Nəticədə də, daha yaxşı mayalanma meydana çıxır. Bu da hamilə qalmaq faizinə böyük ölçüdə müsbət təsir göstərir.

Yeni üsulla DNT-si daha sağlam sperma hüceyrələr əldə edilir və qalan əməliyyatlar onlar üzərində aparılır. Embrionun keyfiyyəti yaxşıdırsa, sağlam hamiləlik şansı da artır.

Bu üsul xüsusilə sperma DNT-sində zədə olan və ikidən artıq süni mayalanma keçirsə də, uğurlu nəticə əldə edə bilməyən cütlüklərə təklif edilir".

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 360
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri