Bu xəstəliklərə cinsi yolla yoluxurlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 442
Səs ver:
(səs: 0)
Klamidya və Gonore

Xalq arasında daha çox "bel soyuqluğu kimi tanınan bu xəstəlik tamamilə cinsi yolla insana yoluxur və cinsi yolla bulaşan xəstəliklər arasında ən sıx görülənidir. Kişilərdə penisdə ağ-sarı rəngli yapışqan maye axıntısı xəstəliyin ən mühüm əlamətidir. Axına əlavə olaraq sidik edərkən penisdə yanma və sidik mayesi ilə birlikdə ağ-sarı rəngli mayenin axıntısı olaraq görülür.

Qadınlarda isə ən qabarıq əlamət menstrual dövründən başqa, qanaxma, vaginal axıntı və qarının alt bölgəsində kəskin bir ağrıdır. Kişilərə nisbətən qadınlarda bel soyuqluğu bəzən heç bir əlamət göstərməyə bilər.

Cinsi Orqan Ziyilləri (Genital Ziyillər)

Bel soyuqluğunun sonra olduqca sıx görülən bir başqa cinsi yolla bulaşan xəstəlik isə cinsi orqan ziyilidir. Ziyillər əlaqədən dərhal sonra yaranmaz. Penis, uşaqlıq yolu və arxada hər hansı bir ağrı və ya ağrıya səbəb olmayan fərqli böyüklüklərdə, sızanaqlı ziyillər ortaya çıxır. Müalicə edilməzsə bu ziyillərin sayı arta və cinsi orqanın hamısını bürüyə bilər. Ziyil müalicəsi üçün hər hansı bir məlhəm və ya losyon yoxdur. Kiçik cərrahi əməliyyatlar ilə (dondurma, kimyəvi əritmə, yandırma, kəsmə, lazer və s). Ziyillərdən qurtulmaq olar. Müalicə sonrasında ziyillərin təkrar əmələ gəlmə riski mövcuddur.

Genital Herpes

Herpes Simplex Virus Tip 2nin səbəb olduğu bu xəstəlik seks əsnasında dəri təması ilə bir şəxsdən digərinə bulaşır. Müalicəsinə qarşı müəyyən bir dərmanı olmadığına görə müalicəsi uzun və çətindir.

Trikomoniasis

Trikomoniasis cinsi yolla bulaşan bakteriyaların səbəb olduğu bir xəstəlikdir. Gənc və cinsi olaraq aktiv olan qadınlarda kişilərə və yaşı irəliləmiş qadınlara nisbətən daha tez-tez görünür. Qadınlarda bəzən heç bir əlamət göstərməyən bu xəstəlik iyli, yaşıltəhər vajinal bir axına səbəb ola bilər. Kişilərdə isə sidiyə tez-tez getmə, ağrılı sidik etmə görünür. Antibiotik müalicəsi ilə asanlıqla müalicə edilə bilən bir xəstəlikdir.

QİÇS
HİV virusunun səbəb olduğu və günümüzdə hazırda heç bir müalicəsi olmayan ölümcül bir xəstəlikdir. HİV virusu orqanizmin immunitet sisteminə hücum edir. Xəstəliyin özünəməxsus bir əlaməti yoxdur. Ümumiyyətlə, qrip ilə oxşar əlamətlərə malikdir. Qan təhlili ilə xəstəlik ortaya çıxarılır.

Cinsi yolla bulaşan xəstəlikdən qorunma yolları

Cinsi yolla bulaşan xəstəliklərdən qorunma yollar əslində güman edilənin əksinə olduqca asan bir neçə tədbir daxildir.

İlk olaraq hər hansı bir cinsi xəstəlik olacağından şübhələnib, tanımadığınız şəxslərlə cinsi əlaqədə olmamaq, ediləcək ən doğru hərəkətdir. Cinsi əlaqə sıxlığı və insan sayını azaldın. Cinsi əlaqə əsnasında prezervativ istifadə edin. Damar yoluna yeritməyə ilə dərman qəbul edirsinizsə daha əvvəl istifadə olunmamış iynələri istifadə edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri